Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

I yarımildə “e-rüsum” altsistemi üzrə 63 mindən çox qəbz ödənişi həyata keçirilib

I yarımildə “e-rüsum” altsistemi üzrə 63 mindən çox qəbz ödənişi həyata keçirilib


2026-cı ilin I yarısında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin “Rəqəmsal dövlət maliyyəsi” informasiya sisteminin (RDMİS) ayrı-ayrı alt sistemlərinin, o cümlədən “e-rüsum”un tətbiqi və funksionallığının genişləndirilməsi istiqamətində görülən işlər davam etdirilib.

Newscenter.az-a Maliyyə Nazirliyindən bildirilib ki, I yarımildə “e-rüsum” altsistemi üzrə ümumilikdə 68 218 bildiriş yaradılıb, 63 316 qəbz üzrə ödəniş həyata keçirilib. Hesablanmış dövlət rüsumlarının ümumi məbləği 32,04 milyon manat, ödənilmiş dövlət rüsumlarının məbləği isə 31,2 milyon manat təşkil edib.

Qeyd edək ki, “e-rüsum” altsistemi dövlət rüsumu üzrə daxilolmaların dövlət büdcəsinə köçürülməsi üçün “e-bildiriş”in təqdim edilməsini, dövlət rüsumunun hesablanmış daxilolmaları üzrə məlumatların aidiyyəti orqan tərəfindən real vaxt rejimində əldə edilməsini, artıq ödənilmiş və ya düzgün tutulmamış dövlət rüsumu ilə bağlı müraciətlərə dair məlumatların qəbulunu və aidiyyəti üzrə baxılmasını, habelə dövlət rüsumunun dövlət büdcəsinə köçürülməsinə elektron nəzarətin və uçotun həyata keçirilməsini təmin edir.

Süleyman
Xəbəri paylaş