Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Müharibə Xəzərə də çatdı

Müharibə Xəzərə də çatdı


Putinin 5 il öncə başlatdığı klassik Rusiya-Ukrayna müharibəsi bu gün artıq çox təhlükəli mərhələyə - dronlar və raketlərin həlledici rol oynadığı yüksək texnoloji mərhələyə qədəm qoyub.

Rusiya ballistik raketlərlə Ukraynanın yaşayış məntəqələrini tarmar edir, kütləvi insan tələfatına səbəb olur. Ukrayna isə PUA-lar (pilotsuz uçuş aparatları) vasitəsilə Rusiyanın həyati əhəmiyyətli hərbi obyektlərinə, sənaye müəssisələrinə, logistik mərkəzlərinə, gəmilərinə zərbələr endirir.

İyulun 25-nə keçən gecə Rusiyanın Ukraynanın Sumı şəhərindəki "Nova Poçta" çeşidləmə terminalına endirdiyi zərbə nəticəsində üç nəfər həlak olub. Volodimir Zelenski isə Ukrayna silahlı qüvvələrinin gecə saatlarında Rusiyanın müxtəlif bölgələrində yerləşən hərbi və logistik obyektlərə uzaqmənzilli zərbələr endirdiyini açıqlayıb.

Ukrayna lideri Xəzər dənizindəki Rusiya hədəflərinə də zərbələr endirildiyini bildirib. Onun sözlərinə görə, əməliyyat zamanı Rusiya ilə İran arasında hərbi yüklərin daşınmasında istifadə olunan gəmilərə və eləcə də bir hərbi gəmiyə zərbələr endirilib.

Beləliklə, Ukrayna artıq Qara dəniz və Azov dənizi ilə bərabər, Xəzər dənizində də Rusiyaya real cəhənnəm yaşatmaq imkanı qazanıb.

Ukrayna hazırda 3-4 min kilometr uçuş məsafəsinə malik dronlardan istifadə edir. Ancaq gələn il isə Ukrayna 10 min km məsafəyə uçan dronlar istehsal etməyə başlayacaq. Bu isə Rusiyanın dərinliklərini vurmağa və eləcə də Rusiyaya dəstək verən ölkələri (məsələn, İranı) vurmağa imkan verəcək.

Bir sözlə, Rusiyanın qara günləri hələ qabaqdadır.

Putinin az da olsa ağlı varsa, müharibəni mümkün qədər tez dayandırmalıdır.

Bu arada Rusiya "dərin dövləti"nin (HSK- Hərbi Sənaye Komleksi elitasının) Putinin əvəzlənməsi planları üzərində işlədiyi barədə məlumatlar yayılıb.

Əlisahib Hüseynov,

Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş