
İsraili Qəzza sakinlərini qorumağa və beynəlxalq humanitar hüquqa riayət etməyə çağırıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Avropa Birliyinin sözçüsü Anita Hipper Brüsseldə keçirilən brifinqdə bildirib.
"Avropa Birliyi hesab edir ki, İsrail beynəlxalq humanitar hüquq üzrə bütün öhdəliklərini yerinə yetirməlidir. Mülki şəxslərin müdafiəsi hər zaman təmin edilməlidir", - deyə o bildirib.
Hipper, xatırladıb ki, Avropa Komissiyası artıq Aİ Şurasına İsrailin milli təhlükəsizlik naziri Ben-Qvirə qarşı sanksiyalar tətbiq etmək təklifi təqdim edib və bu təklif nəzərdən keçirilir..
Qeyd edək ki, İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvir müsahibəsində İsrailin hər gecə qəzzalılara qarşı 30-40 hədəfli sui-qəsd həyata keçirməli olduğunu deyib. Nazir bir qədər də irəli gedərək yaşamağa layiq olmayanların öldürülməli olduğunu vurğulayıb.
Anar











































