Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BMT Təhlükəsizlik Şurası sülhü təmin etmir:Qazaxıstan prezidenti

BMT Təhlükəsizlik Şurası sülhü təmin etmir:Qazaxıstan prezidenti


Böyük ölkələr artıq bir-birinə etibar etmir və BMT Təhlükəsizlik Şurası sülhü təmin etmək missiyasını yerinə yetirməyi dayandırıb.

Newscenter.az Akorda-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bildirib.

Onun sözlərinə görə. dünyada baş verən misli görünməmiş hadisələr uçqun kimidir, sistemsizdir, xaos yaradır və proqnozlaşdırılması çətindir:

"Bu kataklizmlər demək olar ki, bütün ölkələri və xalqları öz orbitlərinə çəkib. Dövlətlər, xüsusən də böyük ölkələr, bir-birinə etibar etməyi dayandırıblar ki, bu da BMT-nin və onun təsisatlarının işinə mənfi təsir göstərib. BMT Təhlükəsizlik Şurası qlobal və regional sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üzrə mandatını yerinə yetirməyi dayandırıb”.

Tokayev qeyd edib ki, bu əlverişsiz fonda regional beynəlxalq təşkilatlar ön plana çıxıb və onların rolu nəzərəçarpacaq dərəcədə artıb. Qazaxıstan prezidenti deyib ki, "orta güclər" adlandırılan dövlətlər qlobal səhnədə daha çox diqqət çəkiblər və Qazaxıstan da bu kateqoriyaya daxildir.

Süleyman
Xəbəri paylaş