Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Ərazilərin minalardan təmizlənməsi üçün minaaxtaran it alınacaq

Ərazilərin minalardan təmizlənməsi üçün minaaxtaran it alınacaq


Minalar Əleyhinə Azərbaycan Kampaniyası ictimai birliyi bu gündən “Mina axtaran itlər vasitəsilə minaların təmizlənməsinin sürətləndirilməsi” adlı yeni layihənin icrasına başlayır.

Newscenter.az xəbər verir ki, layihə Kanadanın Türkiyə, Azərbaycan və Gürcüstan Respublikalarındakı səfirliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək.

Bu layihənin əsas məqsədi işğaldan azad olunmuş ərazilərdə yeni mina qurbanlarının qarşısını almaq, kənd təsərrüfatı və infrastruktur layihələrinin həyata keçirilməsi üçün minaların təmizlənməsinin sürətləndirilməsidir. Xüsusi hazırlıq keçmiş mina axtaran itlər minalarla çirklənmiş ərazinin yoxlanılmasına və minaların aşkarlanmasına çox böyük töhfə verə bilir. Bu baxımdan layihənin digər əsas məqsədi mina təmizləmə potensialının gücləndirilməsi, təhlükəli ərazilərin daha qısa müddətdə təhlükəsiz vəziyyətə gətirilməsinə dəstək göstərilməsi və nəticə etibarilə mülki əhalinin təhlükəsizliyinin artırılmasıdır.

Məlumdur ki, mina axtaran itlər məsafədən idarə olunan texnikanın və ya minaları müəyyən edən detektorların hərəkətinin məhdud olduğu çətin relyefli ərazilərdə, meşəliklərdə və sıx bitki örtüyü olan sahələrdə effektiv şəkildə fəaliyyət göstərə bilirlər. Detektorlar ərazidəki istənilən metal parçasına (məsələn məftil qırıqlarına) reaksiya verdiyi üçün belə sahələrdə işləmək çətindir və çox vaxt aparır. Mina axtaran itlər isə metala deyil, bilavasitə partlayıcı maddənin qoxusuna reaksiya verdikləri üçün bu cür çirklənmiş ərazilərdə daha sürətli və dəqiq nəticə göstərirlər.

Bu layihə çərçivəsində iki mina axtaran itin alınması, beynəlxalq standartlara uyğun müvafiq prosedurlardan keçirildikdən sonra Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən həyata keçirilən mina təmizləmə əməliyyatlarına cəlb olunması nəzərdə tutulur.

Süleyman
Xəbəri paylaş