
Aleut adalarının cənubunda (Alyaska, ABŞ) Sakit okeanda 5,9 maqnitudada zəlzələ qeydə alınıb.
Newscenter.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Altay-Sayan şöbəsi məlumat yayıb.
Məlumata görə, Bakı vaxtı ilə saat 15:17-də qeydə alınan zəlzələnin episentri Umnak adasındakı Nikolski yaşayış məntəqəsindən 62 km cənub-şərqdə və Ankoricdən 1 553 km cənub-qərbdə yerləşib.
Episentrdəki titrəyişin intensivliyinə əsasən, seysmik hadisə "dağıdıcı" kimi qiymətləndirilir.
ABŞ Geoloji Xidməti zəlzələnin maqnitudasını 6,3 qiymətləndirir. Amerikalı seysmoloqların məlumatına görə, zəlzələ ocağı 35 km dərinlikdə olub.
Anar











































