Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakının diplomatik üstünlükləri

Bakının diplomatik üstünlükləri


Azərbaycan Prezidenti İlham Əliyevin istənilən ölkəyə səfəri Bakının diplomatik üstünlükləri, həyata keçirdiyi uğurlu xarici siyasət nəticəsində əldə etdiyi nailiyyətlərlə yadda qalır. Bu mənada Cənab Prezidentin bu günlərdə Qırğızıstana baş tutan işgüzar səfəri də diplomatik uğurlar baxımından fərqlənmirdi. Bildiyiniz kimi, Azərbaycan Prezidenti Qırğızıstana Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin dövlət başçılarının zirvə görüşündə, daha dəqiq desək ŞƏT+ formatında keçirilən görüşdə iştirak etmək üçün dəvət olunmuşdu. Dövlət başçısının Bişkekə səfəri Azərbaycanın xarici siyasət gündəliyində mühüm hadisələrdən biri kimi xarakterizə edilə bilər. Zirvə görüşü çərçivəsində dövlət başçısının keçirdiyi bir sıra ikitərəfli görüşlər Azərbaycan üçün bir neçə istiqamətdə diplomatik imkan yaratdı. Bu sırada ilk növbədə Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərinə diqqət yetirmək lazımdır.

Məlum olduğu kimi, Azərbaycan üçün Mərkəzi Asiya tarixi, mədəni və dil baxımından yaxın regiondur. Paralel olaraq bu coğrafiya ilə Azərbaycanı nəqliyyat, logistika, enerji, ticarət və geosiyasi əlaqələr birləşdirir. Mövcud əlaqələrinin genişləndirilməsi Bakı ilə yanaşı Mərkəzi Asiya respublikalarının da marağındadır. Elə Azərbaycan və Qazaxıstan prezidentlərinin Bişkekdə keçirilən görüşü zamanı da bu məqama xüsusi diqqət yetirildi. Xəzər dənizi üzərindən Mərkəzi Asiya dövlətləri ilə Avropa arasında əlaqələndirici rolunu gücləndirməyi strateji xətt kimi müəyyən edən Azərbaycan, bu sırada Qazaxıstanla əməkdaşlığa xüsusi önəm verir. məsi bu siyasətin əsas elementlərindən biridir. Xüsusilə Azərbaycan–Qazaxıstan əməkdaşlığı bu baxımdan diqqət çəkir. Hər iki ölkənin Xəzərə çıxış imkanları Bakı və Astananın Mərkəzi Asiya ilə Avropa arasında körpü rolu oynamaq potensialını artırır.

Bişkek görüşləri həmçinin, Orta Dəhlizin əhəmiyyətini bir daha ortaya qoymuş oldu və bu fikir bir daha təsdiqlədi ki, bu dəhliz Azərbaycanın strateji üstünlüklərindən biridir. Günümüzdə Çinlə Avropa arasında yükdaşımaların alternativ marşrutlar üzərindən həyata keçirilməsi baxımından Orta Dəhlizin əhəmiyyəti son dərəcə əhəmiyyətlidir. Bu marşrutun Azərbaycan üçün əsas üstünlüyünə gəlincə, bu üstünlük ondan ibarətdir ki, Azərbaycan həm Xəzər dənizinin qərb sahilində yerləşən nəqliyyat qovşağı kimi tanınır, həm də Cənubi Qafqazın əsas tranzit ölkələrindən birinə çevrilib. Öz növbəsində Qazaxıstan da Orta Dəhlizin Mərkəzi Asiya hissəsində əlverişli mövqeyə malikdir. Qısacası, Azərbaycan və Qazaxıstan arasında nəqliyyat-logistika əməkdaşlığının genişləndirilməsi Orta Dəhlizin bütövlükdə səmərəliliyinə müsbət təsirini göstərir. Bu baxımdan Bişkekdə Azərbaycan və Qazaxıstan prezidentlərinin Orta Dəhlizlə bağlı fikir mübadiləsi aparması da təsadüfi deyildi. Cənab Prezidentin Qırğızıstana işgüzar səfərini və orada keçirdiyi görüşləri ümumilədirərək deyə bilərik ki, Bakı Mərkəzi Asiya–Cənubi Qafqaz xəttində özünün siyasi, iqtisadi və nəqliyyat əhəmiyyətini dünyaya sübut etdirib və bu istiqamətdə mövqelərini daha da möhkəmləndirib. Ən əsası müxtəlif regional platformaların mərkəzində olan güc kimi beynəlxalq aləmə tanıdıb.

Anar
Xəbəri paylaş