Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qeyri-neft sektorunun inkişafı və bərpaolunan enerji potensialı

Qeyri-neft sektorunun inkişafı və bərpaolunan enerji potensialı


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin himayəsi altında Bakıda II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində “Parçalanmış dünyada etimadın bərpası: Cənubi Qafqaz qlobal bağlantı və investisiya sabitliyinin dayağı kimi” mövzusunda tədbir təşkil olunmuşdur.

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Maqsud Süleymanlı deyib. Onun sözlərinə görə, tədrbirdə iştirak edən ölkə başçısı moderatorun suallarını cavablandıraraq qeyd etmişdir ki, uzunmüddətli və dayanıqlı artıma nail olmaq üçün neft-qaz sektorundan kənar sahələrdə olan potensialımızdan istifadə etməliyik:

"Bu istiqamətdə qarşıda duran əsas vəzifələrdən və prioritetlərdən bəhs edərkən, ilk növbədə, yaşıl enerji keçidini xüsusi vurğulamaq lazımdır. Ölkəmizin bu sahədə olduqca zəngin imkanları mövcuddur. Məsələn, Xəzər dənizinin Azərbaycan sektorunun özündə təkcə bərpaolunan enerji potensialı 157 giqavat təşkil edir. Eyni zamanda, quruda yerləşən günəş və külək elektrik stansiyaları artıq uğurla fəaliyyət göstərir. Ümumi strategiyamız bundan ibarətdir ki, daxili tələbatı ödəmək üçün təbii qaz istehlakını ən aşağı səviyyəyə endirək və həmin qənaət olunan ehtiyatları tamamilə ixraca yönəldək. Əminik ki, yaxın beş il ərzində respublikamızın hər bir bölgəsində bərpaolunan enerji mənbələri geniş şəkildə istifadə olunacaq".

Hakim partiya təmsilçisi onu da qeyd edib ki, Azərbaycan dünyada neftin hasil edildiyi ilk məkan olub, — o vaxt hələ müasir mənada ölkə deyildi, — və biz ilk neft buruğunun xatirəsini qoruyub saxlayırıq:

"İkinci Dünya müharibəsi illərində Azərbaycan sovet ordusunun yanacaq tələbatının 80 faizindən çoxunu təmin edirdi. Bu tarixi zənginlik xalqımızın əməksevərliyinin və ölkəmizin qlobal miqyasda strateji əhəmiyyətinin əyani sübutudur. Əsrlər boyu qlobal enerji xəritəsində mərkəzi mövqe tutan Azərbaycan bu gün ənənəvi irsini uğurla davam etdirməklə bərabər, həm də gələcəyin təmiz enerji gündəmini formalaşdırır. Keçmişin təcrübəsi və bu günün yaşıl strategiyası birləşərək ölkəmizin dayanıqlı, qüdrətli və parlaq sabahını qətiyyətlə təmin edir. Hesab edirəm ki, bu mötəbər forum müzakirə olunan məsələlərin dərinləşdirilməsi və qlobal əməkdaşlığın genişləndirilməsi baxımından müstəsna əhəmiyyət daşıyır. İnanıram ki, burada qəbul edilən qərarlar və irəli sürülən təşəbbüslər ölkəmizin gələcək inkişafına yeni təkan verərək, Azərbaycanın qarşıya qoyduğu böyük hədəflərə çatmasında mühüm rol oynayacaq".

Anar
Xəbəri paylaş