
Ulu Öndər Heydər Əliyevin ən böyük tarixi xidmətlərindən biri Azərbaycanın müstəqilliyini dönməz prosesə çevirməsi oldu.
Hər bir millətin tarixində elə anlar olur ki , onun sonrakı taleyi bir seçimdən asılı olur. Ölkəmiz üçün də belə 1993-cü il oktyabrın 3-də yaşandı.
Belə ki, həmin il keçirilən prezident seçkilərində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi.
O gündən xalqın gələcəyi üçün yeni səhifə açıldı. O səhifədə ki ,gündən- gündə çiçəklənən - inkişaf edən Azərbaycanın yazıldığını və həmin anların yaşandığının xalq olaraq şahidi oluruq .
1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasının qəbul edilməsi, demokratik və hüquqi dövlət quruculuğunun hüquqi əsaslarının yaradılması, hakimiyyət bölgüsü prinsipinin müəyyənləşdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevrilməsi məhz bu siyasi kursun nəticəsi idi.
Ulu Öndərin “Biz Azərbaycanda demokratik, hüquqi, dünyəvi dövlət qururuq” fikri əslində Azərbaycanın gələcək inkişaf modelini ifadə edirdi. Demokratiya, hüquq və dünyəvilik müstəqil Azərbaycan dövlətinin strateji inkişaf prinsipləri kimi müəyyənləşdirilmişdi.
Bu baxımdan 3 oktyabr 1993-cü il sadəcə bir prezident seçkisinin keçirildiyi tarix deyil. Bu gün müstəqil Azərbaycanın hansı dövlətçilik modeli ilə inkişaf edəcəyinin müəyyənləşdiyi mühüm siyasi mərhələdir.
Lalə Məmmədova
YAP Yevlax rayon təşkilatının fəalı











































