
"Son günlər iki dost-qardaş ölkə, Türkiyə ilə Azərbaycan arasında münasibətlərə zərbə vurmaq, ölkələrarası gərginlik yaratmaq cəhdləri bizləri hədsiz dərəcədə məyus edir. Tam əminliklə deyə bilərəm ki, qardaş ölkədə Azərbaycan əleyhinə başlanan kampaniyanın nə Türkiyə dövləti, nə də Türk xalqına yaxından-uzaqdan bağlılığı var. Bu proseslərdə fəallıq göstərən üçüncü qüvvələrdir".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Türkiyədə Azərbaycan əleyhinə kampaniya başladan, Azərbaycanın İstanbuldakı konsulluğu qarşısında aksiya keçirənlər Türkiyədə yaşayan ermənilər, İranin bu ölkədəki agentura şəbəkəsinin üzvləri, eləcə də ölkəmizə qarşı düşmən mövqedə dayanan digər xalqların nümayəndələridir:
"Bizə gün kimi aydındır ki, ara qarışdıranların, Ankara-Bakı münasitəblərinə zərbə vurmaq istəyənlərin Türkiyə dövləti və Türk xalqı ilə heç bir bağlılğı yoxdur. Ancaq bunu təbii ki, qardaş ölkənin siyasi rəhbərliyi də açıqlamalı və Azərbaycanda az da olsa yaranmış qırğınlığa son qoymalıdır. Azərbaycan və Türkiyə olaraq qətiyyən bu kimi təxribatçılara fürsət verməməliyik".
Arzuman Muradlı əmin olduğunu bildirib ki, tezliklə sular durulacaq və təxribatçılar ifşa ediləcəklər.
Süleyman










































