Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Paşinyan sülh müqaviləsi imzalamağa hazırdır

Paşinyan sülh müqaviləsi imzalamağa hazırdır


Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır.

Newscenter.az hraparak.am-a istinadən bildirir ki, bunu erməni siyasətçi Armen Badalyan deyib. O iddia edib ki, sülh müqaviləsinin məzmunu Paşinyan üçün önəmli deyil:

"Vacib olan odur ki, sülh müqaviləsi onun adına yazılsın ki, seçki ərəfəsində onu öz elektoratına təqdim etsin. Seçki ərəfəsində ciddi çəkiyə sahib olmaq üçün isə hakim siyasi qüvvə nəsə etməlidir. Bunun üçün n uaxşı uol seçkiyə qədər sülh müqaviləsinin imzalanmasıdır".

Erməni siyasətçi iddia edir ki, Paşinyanın seçki zamanı cəmiyyətə göstərəcəyi heç bir nailiyyəti yoxdur:

"Nə iqtisadi, nə sosial, nə də digər nailiyyətlər. Ona görə də sülh müqaviləsini imzalamaq Paşinyan üçün yeganə nailiyyət olar".

Anar Əliyev
Xəbəri paylaş