Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan regional məsələlərdə öz prinsipiallığını sərgiləyir

Azərbaycan regional məsələlərdə  öz prinsipiallığını sərgiləyir


"Bizə Azərbaycanla heç bir müharibə qətiyyən lazım deyil" bu fikirləri Ermənistan baş naziri Nikol Paşinyan parlamentdə çıxışı zamanı səsləndirib.

Bu tezis bir daha onu təsdiq edir ki, Paşinyanın fikirləri ilə əməli addımları üst-üstə düşmür.
Sürətlə silahlanma yolunu tutan Ermənistanın növbəti müharibəyə hazırlaşdığı artıq heç kimə sirr deyil. Qarşı tərəf iki ölkənin şərti sərhəddində Fransanın dəstəyi və birbaşa iştirakı ilə sürətli şəkildə "bastion" sistemi əsasında mühəndis istehkam işləri həyata keçirir.

Buradan belə bir sual yaranır. Sülh istəyən bir dövlət niyə açıq şəkildə hərbiləşmə meylləri sərgiləyir?

Proses regional müstəvidə baş versə də, qlobal miqyasda yaşanan geosiyasi rəqabətlə sıx bağlıdır. Qərb Rusiyanın Cənubi Qafqazda mövqeylərini zəiflətmək və Azərbaycana təzyiq etmək məqsədi ilə İkinci Qarabağ Müharibəsindən sonra Ermənistanı öz orbitinə çəkmək üçün fəal addımlar atır. ABŞ və Avropa İttifaqı İrəvana maliyyə yardımları həyata keçirməklə investisiya xətti ilə ikincini təsir dairəsinə salmağı hədəfləyir.

Fransa geopolitik rəqabət fonunda Ermənistanın əsas dəstəkçisi rolunda çıxış edir. Rəsmi Paris bu zamana qədər İrəvana Mistral portatif HHM sistemləri, bastion döyüş maşınları, dron və anti-dron sistemləri və s, əhatə edən silah paketləri təqdim edib. Bununla yanaşı Makron hökuməti ardıcıl olaraq Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını bloklayır, İrəvanın ərazi iddiaları fonunda təcavüzkar siyasətini dəstəkləyir. Bu isə ədalətsiz və barışmaz bir yanaşmadır.
Lakin, görünür Nikol Paşinyan baş verənlərdən məmnundur və 2020-ci ildəki məğlubiyyətdən lazimi nəticə çıxartmayıb.

Ümumiyyətlə erməni cəmiyyəti ilə danışıqlar aparmaq çox çətindir. Çünki bir qurub erməni "Miatsum" ideyaları ilə yaşayır və bu mifin nə vaxtsa reallaşacağına ciddi ümidlər bəsləyir.
Digər bir tərəfdə isə daha lokal şəkildə, yəni, Qarabağa iddialar edən bir qrup var ki, onlar mütəmadi olaraq hökuməti təzyiq altında saxlamaqla Bakı ilə əlaqələrin bərpasına qarşı çıxır.
Çox az sayda erməni reallıqları dərk edərək Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağın tək çıxış yolu olduğunu başa düşür. Həmin kəsimin isə heç bir siyasi gücü və qüvvəsi yoxdur.

Bütün hallarda Azərbaycan regional məsələlərdə öv prinsipiallığını sərgiləyir və ritorikasını bəlli edir. Ermənistan qarşısında şərtlərimiz sabitdir və bu uzunmüddətli sülhün yeganə təminatçısıdır.

Pərviz Mirizadə: Siyasi şərhçi, AVP funksioneri
Xəbəri paylaş