Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Trampın Şərq siyasətində mühüm məqamlar

Trampın Şərq siyasətində mühüm məqamlar


"ABŞ-in yeni seçilmiş prezidenti Donald Tramp verdiyi açıqlamalarda əsas hədəf olaraq 2 ölkənin - Çin və İranın adını çəkir. Tramp hələ birinci prezidentliyi dövründə - 2016 - 2020 - ci illərdə də bu iki ölkə ilə münasibətləri gərgin saxlamışdı. Onun İranı hədəf seçməsinin əsas səbəbi İran - İsrail münasibətləridir ki, son dövrlər bu məsələdə xeyli kəskinləşmə müşahidə edilir".

Newscenter.az xəbər verir ki, bu fikirləri politoloq Zeynal Əmrəliyev səsləndirib. O bildirib ki, iki ölkə arasında qarşılıqlı hava zərbələrin endirilməsi, İsrailin İranın Yaxın Şərqdəki proksi qüvvələrinə qarşı keçirdiyi əməliyyatlar münasibətlərləri müharibə vəziyyətinə gətirib:

"İsrailin planı İrana qarşı hərbi əməliyyatların həyata keçirilməsi və mövcud rejimin devrilməsidir. Trampın buna razı olacağı çox da inandırıcı deyil. İrana hərbi müdaxilə geniş maliyyə xərci ilə bərabər özündə olduqca böyük riskləri gətirir. Bu bölgədə ölmüş terror hücrələrinin yenidən dirilməsinə səbəb ola bilər ki, öz siyasətində biznes maraqlarını əsas tutan Trampa bu lazım deyil. Donald Trampı özündən əvvəlki respublikaçı prezidentlər - ata və oğul Corc Buşdan fərqləndirən əsas cəhət də məhz budur. Əgər Buşlar hədəf seçdikləri ölkəyə birbaşa müdaxilə edirdilərsə, Tramp yalnız iqtisadi sanksiyalar və diplomatik təzyiqlə kifayətlənir. Yaxın 4 ildə də eyni prosesin baş verəcəyi şübhəsizdir".

Politoloq deyib ki, prezident Məsud Pezeşkian komandası ilə birlikdə bu təhdidlərin qarşısını almalıdır:

"Əgər iqtisadi komanda İrana qarşı Qərbdən gələcək sanksiyaların qarşısını almalıdırsa, diplomatik korpus da Qərblə dialoqun yeni yollarını axtarmalıdır. Burda əsas iş vitse - prezident Məhəmməd Cavad Zərifin üzərinə düşəcək. Zərif Tramp üçün yad şəxs deyil. Onun ABŞ-a birinci rəhbərliyi dövründə Zərif İranın xarici işlər naziri olub".


Anar Əliyev
Xəbəri paylaş