Qazaxıstanda yaxın üç gün ərzində -35 dərəcəyə qədər şaxta olacaq.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki, bu barədə sinoptiklər məlumat verib.
Dekabrın 25-26-da respublikanın qərb, şimal-qərb və şərq rayonlarında qar yağacağı bildirilir.
Yalnız respublikanın cənubunda antisiklonun təsiri ilə hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Respublikanın qərbində duman, güclü külək, şaxta proqnozlaşdırılır.
Nərgiz Əzizova