ABŞ-da meşə yanğınları davam etdiyi üçün 100 mindən çox insan yanğına yaxın ərazilərdən təxliyə edilib.
Newscenter.az xəbər verir ki, bu barədə Röyters məlumat yayıb.
Səlahiyyətlilər, ABŞ-ın Los-Anceles şəhərində və ətrafında davam edən meşə yanğınları səbəbiylə daha 100 mindən çox insanın təxliyə əmri altında olduğunu bildiriblər.
Los-Anceles dairəsinin meri Robert Luna Palisades və Eaton əyalətlərinə də yanğınlarla bağlı təxliyə xəbərdarlığı edildiyini deyib.
"Bu ərazilərin bəziləri sözün əsl mənasında müharibə zonasına bənzəyir. Uanğınlar hələ də davam edir", -deyə Luna bildirib.
Anar Əliyev