Milli Məclisin deputatı Mahir Süleymanlı Şabran rayonunun Gəndov kəndində seçicilərlə növbəti vətəndaş qəbulu keçirib.
Newscenter.az xəbər verir ki, görüş zamanı sakinlər, əsasən sosial problemlər, məşğulluq, kənd yollarının təmiri, su və qaz təchizatı kimi gündəlik həyat üçün mühüm əhəmiyyət kəsb edən məsələlərlə bağlı müraciətlər ediblər.
Deputat səlahiyyətləri çərçivəsində həlli mümkün olan məsələlərin bir qismini yerindəcə aradan qaldırıb. Digər müraciətləri isə aidiyyəti qurumlara yönləndirərək həlli prosesini nəzarətdə saxlanacağı bildirilib.
Deputat həmçinin, şəhid, baş gizir Füzuli Salahovun anası Sevda Salahovanı ziyarət edib, qayğı və ehtiyacları ilə yaxından maraqlanıb.
Süleyman