
Qazaxıstan Milli Məclisin sabiq spikeri Nurlan Niqmatulinin qardaşı, Karaqanda vilayət məclisinin keçmiş deputatı Arqın Niqmatulə qarşı cinayət işi açılıb.
Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki,
Qazaxıstan Baş Prokurorluğu Arqın Niqmatulini axtarışa verib.
Baş Prokurorluğun məlumatına görə, Arqın Niqmatulin və digər şəxslər Karaqanda vilayətində xokkeyin inkişafına ayrılan büdcə vəsaitlərini mənimsəməkdə şübhəli bilinirlər. Hazırda cinayət işi üzrə araşdırma aparılır.
İbtidai istintaq çərçivəsində A.Z.Niqmatulin şübhəli şəxs qismində tanınıb, barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib və o, Qazaxıstan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar axtarışa verilib.
Qeyd edək ki, Arqın Niqmatuli “Sarıarka” xokkey klubunun idarəçisi olub.
Anar Əliyev