Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Fevral ayında 10 418 müraciət daxil olub

Fevral ayında 10 418 müraciət daxil olub


Fevral ayı ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinə (BŞTİ) 10 418 müraciət daxil olub. Daxil olan müraciətlərin əksəriyyəti cavablandırılıb və operativ şəkildə həll olunub.

Statistikaya əsasən, Çağrı Mərkəzinə (146-1 nömrəli) 6 925 zəng daxil olub. Vətəndaşların Qəbulu Mərkəzinə 1 563 müraciət daxil olub.

Newscenter.az xəbər verir ki, BŞTİ-yə 1 623 sənəd (vətəndaşlar tərəfindən 396 ərizə, Elm və Təhsil Nazirliyindən 281, digər qurumlardan 262 tabelikdə olan təhsil müəssisələrindən 470 məktub və 214 kadr ərizəsi) daxil olub və qeydiyyata alınıb. Həmçinin 307 elektron müraciətə baxılıb.

Daxil olan müraciətlər müxtəlif məsələlərin tənzimlənmə qaydalarının öyrənilməsi, məktəbəqədər təhsil müəssisələrinə qəbul, müəllimlərin əmək müqaviləsinin müddətinin uzadılması, işə qəbul və digər məsələləri əhatə edir.

Ruhiyyə Mehdiyeva
Xəbəri paylaş