
"Səudiyyə Ərəbistanının Ciddə şəhərində Ukrayna ilə ABŞ arasında müharibənin sülh razılaşması istiqamətli, şərtli danışıqlar müsbət başa çatıb. Ukrayna ABŞ-ın 30 gün atəşkəs edilmə təklifini qəbul edib. Bir o şərtlə ki, buna Rusiya da, əməl etməlidir. Trampın administrasiyası isə artıq bu gündən Ukraynaya hərbi yardım və həm kəşfiyyat məlumatların mübadiləsinə icazə qərarını verib".
Newscenter.az xəbər verir ki, bunları İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri İlqar Altay deyib. Onun sözlərinə görə, ABŞ-ın dövlət katibi Marko Rubio danışıqlardan sonra razılıqla bildirib ki, artıq söz Rusiyanındır və "top Rusiya tərəfdədir". Gərək cavab versinlər:
"9 saat çəkən danışıqlarda həm də, xeyli tezliklə nadir metallar barədə, Kiyevlə Moskva arasında hərbi əsirlərin dəyişdirilmə, Ukraynalı uşaqların qaytarılması kimi məsələlər də müzakirə edilib. İndi, Trampın adamları Moskvaya yönələcəklər".
İlqar Altay hesab edir ki, razılaşma çox çətinliklə gedəcək:
"Tramp, onun adamları tam boğaza yığılacaqlar. Hətta, razılaşma pozula da bilər. O zaman, Tramp həm Ukraynanı gücləndirəcək, həm də, bu arada Rusiyadan bərk incik və həm də qəzəbli halda Çinlə yaxın ola bilər".
Anar Əliyev