Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Başlıbel qətliamı, Ermənistanın etnik təmizləmə və terror siyasətinin tərkib hissəsi

Başlıbel qətliamı,  Ermənistanın etnik təmizləmə və terror siyasətinin tərkib hissəsi


"32 il əvvəl, Ermənistan silahlı qüvvələri tərəfindən Kəlbəcərin işğalı zamanı Başlıbel kəndindən olan 27 nəfər dinc azərbaycanlı 1993-cü il aprelin 18-də sığınacaq axtardıqları dağ mağaralarında aşkar edilərək vəhşicəsinə qətlə yetirilib, 19 nəfər isə girov götürülüb".

Newscenter.az xəbər verir ki, bunu deyən Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov bildirib ki, bu qətliam Ermənistanın etnik təmizləmə, terror və təcavüz siyasətinin tərkib hissəsi idi:

"Lakin 44 günlük İkinci Qarabağ müharibəsində Başlıbel şəhidlərinin də qisası alındı. Biz Başlıbel qırğınının qurbanlarının xatirəsini ehtiramla yad edirik. Heç kim unudulmur, heç nə yaddan çıxmır!".

Süleyman
Xəbəri paylaş