Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qardaşlıq bağlarını çiyin-çiyinə daşımaqda tam qərarlıyıq-Əhməd Davudoğlu

Qardaşlıq bağlarını çiyin-çiyinə daşımaqda tam qərarlıyıq-Əhməd Davudoğlu



"Biz qəti inanırıq ki, regional təhlükəsizlik, sülh, sabitlik və ortaq rifah yalnız dialoq, qarşılıqlı anlaşma və əməkdaşlıq ilə mümkündür. Yaxın Şərq coğrafiyasında ümidləri yenidən bərpa etmək, bütün bölgəni yenidən bərəkətli torpaqlara çevirmək, qardaşlığımızı möhkəmləndirmək və ortaq gələcəyimizi birlikdə qurmaq üçün birlikdə çalışmalıyıq".

Newscenter.az xəbər verir ki, bu fikirləri Türkiyə Gələcək Partiyasının sədri, sabiq xarici işlər naziri Əhməd Davudoğlu İraq Kürdüstan Regional Hökumətinin keçmiş rəhbəri Məsud Bərzani ilə görüşü zamanı deyib. Bu barədə özünün facebook sosial şəbəkə hesabında məlumat paylaşan Əhməd Davudoğlu, "Qədim dostluq və ortaq tariximizə əsaslanan bağlarımız çərçivəsində IKBY-nin sabiq prezidenti cənab Mesud Bərzani və dəyərli nümayəndə heyəti ilə məhsuldar müzakirələr apardıq",-deyə vurğulayıb.

O bildirib ki, tarixi məsuliyyətdən doğan qardaşlıq bağlarını çiyin-çiyinə daşımaqda tam qərarlıyıq.

Qeyd edək ki, İraqa səfəri çərçivəsində Əhməd Davudoğlu IKBY prezidenti Neçirvan Bərzani ilə də görüşüb.

Davudoğlu, "Apardığımız konstruktiv müzakirədə bölgəmizin sülh, sabitlik və rifahı naminə ortaq hədəflərimizi qiymətləndirdik. Dialoq və əməkdaşlığa əsaslanan qarşılıqlı məsləhətləşmə mədəniyyəti Yaxın Şərqin gələcəyinin qurulmasının əsasıdır".-deyib.


Süleyman
Xəbəri paylaş