Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq

Qida Təhlükəsizliyi Agentliyindən xəbərdarlıq


Newscenter.az.3.12.2018
. Xüsusi təhlükəli zərərvericilərdən olan mərmər bağacığı (Halyomorpha halys Stal) kənd təsərrüfatı bitkilərinə ciddi zərərvurma potensialına malikdir. Zərərverici bir çox bitkilərə, o cümlədən alma, armud, ərik, şaftalı, xurma, əncir, fındıq və sitrus bitkilərinin bütün növləri, eləcə də pomidor, xiyar və bibər kimi bitkilərdə məhsuldarlığı və keyfiyyəti aşağı salır. Bu zərərverici ilə sirayətlənən məhsulun forması deformasiyaya məruz qalır, dadı pisləşir və səthi kobudlaşır. Mərmər bağacığına sirayətlənən meyvə vaxtından əvvəl tökülür, ölçüsü kiçik olur. Avropa ölkələri və ABŞ-da mərmər bağacığı təhlükəli kənd təsərrüfatı zərərvericiləri siyahısına salınıb. Üzümçülük və şərabçılığın geniş yayıldığı Avropa ölkələrində narahatlıq daha böyükdür. Çünki mərmər bağacığı yalnız meyvələrə zərər vermir, həm də şərabın keyfiyyətinə təsir edir.

Newscenter.az AQTA-ya istinadən xəbər verir ki, zərərverici ilə mübarizə zamanı mütəxəssislərin iştirakı ilə kimyəvi üsullardan istifadə olunması tövsiyə edilir ki, bu da ən səmərəli mübarizə tədbiri sayılır.

Adıçəkilən zərərverici qonşu Rusiya və Gürcüstan ərazisində geniş yayılıb. Onun Azərbaycan ərazisinə də yayılma təhlükəsinin olduğunu nəzərə olaraq Qida Təhlükəsizliyi Agetliyi vətəndaşlara bu kimi zərərvericilər müşahidə etdikdə qurumun yerli bölmələrinə müraciət etməyi və ya Agentliyin 1003 qaynar xəttinə zəng etməyi tövsiyə edir.
Orxan
Xəbəri paylaş