Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

AQTA istehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx yayıb



Newscenter.az.4.12.2018. AQTA istehlakçıların maarifləndirilməsi üçün yeni videoçarx yayıb. Newscenter.az-a-a Agentlikdən bildirilib ki, qida məhsulları alarkən etiket məlumatları ilə tanış olmağın zəruriliyi diqqətə çatdırılan videoçarxda etiketləmə haqqında qida məhsulları istehsalçılarının əməl etməli olduğu və istehlakçıların mütləq şəkildə diqqət yetirmələrivacib məlumatlar öz əksini tapır.

Təqdim olunan yeni videoçarxda qida zəncirinin bütün mərhələlərində iştirak edən tərəflərə qanunvericiliyin tələblərinə əməl etmək vəistehlakçı hüquqlarının təmin olunması üçün istehlakçıların özlərinə prosesdə fəal iştirak etmələri tövsiyə olunur.

Bildirilir ki, “Yeyinti məhsulları” haqqında Azərbaycan Respublikasının qanununa əsasən, istehsalçılar istehsal etdikləri məhsulları texniki reqlamentlərin və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinə uyğun qablaşdırmalı və etiketləşdirməlidirlər. Etiketdə məhsulun adı, növü və tərkibi, miqdarı, qida dəyərliliyi, istifadə sahəsi və qaydaları, istehsal tarixi və yararlılıq müddəti, saxlanma şərtləri, istehsalçının adı, ünvanı və qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarda tələb olunan digər məlumatlar əks olunmalıdır.

Agentlik əhalinin qida təhlükəsizliyi sahəsində məlumatlılığını artırmaq üçün bundan sonra da maarifləndirici videoçarxların hazırlanması və təqdim olunmasını mütəmadi şəkildə davam etdirəcəkdir.
AQTA qida təhlükəsizliyi ilə bağlı əhalinin maarifləndirilməsi istiqamətində həyata keçirdiyi maarifləndirmə tədbirlərində fəal iştirakına və dəstəyinə görə “Veysəloğlu” Şirkətlər Qrupuna təşəkkür edir.
Videoçarxla aşağıdakı linkdə tanış ola bilərsiniz:
:https://www.youtube.com/watch?v=3UrEbDc7mqk&feature=youtu.be
Xəbəri paylaş