Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Çin sakini 15 ildir xəstə anasını belində gəzdirir



Newscenter.az.4.12.2018. Çində bir gənc iflic olmuş anasını 15 ildir belində gəzdirir.
Bu barədə Newscenter.az TV "Peope"yə istinadən xəbər verir.

Bildirilir ki, ailə başçısı 2003-cü ildə vəfat edib. 22 yaşlı gənc yerimə qabiliyyətini itirmiş anasına özü qayğı göstərməli olub. Qadın xəstəliyi ilə əlaqədar avtomobilə minə bilmir. Buna görə də oğlu onu belində gəzdirmək məcburiyyəti ilə üzləşib.

Gənc müxtəlif şəhərləri gəzərək, pul qazanmağa çalışıb. O, 2015-ci ildə tikiş fabrikində işə düzəlib. Lakin fabrik yarım il sonra bağlanıb. Ana və oğlu sonda doğma kəndə qayıdıblar. Sakinlər burada onları iş və evlə təmin ediblər.

Anar Tağıyev
Xəbəri paylaş