Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Vəhdət” sənədli filminin nümayişi olub



Newscenter.az.4.12.2018. Azərbaycan İlahiyyat İnstitutunda(Aİİ) Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə hazırlanmış “Vəhdət” sənədli filminin ilk nümayişi olub. Newscenter.az-a təhsil ocağından bildirilib ki, Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə başlanan tədbirdə çıxış edənrektor Ceyhun Məmmədov Aİİ-ninölkə Prezidenti cənab İlham Əliyevin 9 fevral 2018-ci il tarixli Sərəncamı ilə yaradıldığını qeyd edib. Rektor bildirib ki, İnstitutun yaradılmasında əsas məqsəd Azərbaycan xalqının tarixi ənənələrinə söykənən və dövlət siyasətinin məntiqi nəticəsi olan dini-mənəvi mühitin qorunub saxlanılmasını və inkişaf etdirilməsini, dini fəaliyyətin təşkili sahəsində yüksəkixtisaslı kadrların və mütəxəssislərin hazırlanmasını təmin etməkdir.

Tədbirin əhəmiyyətini vurğulayan İnstitut rəhbəri Azərbaycanda müxtəlif dinlərə məxsus insanların dinc şəraitdə yaşadıqlarını, sünni və şiə məzhəb nümayəndələrinin birlikdəVəhdət namazı qıldıqlarını Azərbaycanın multikulturalizm modelinə nümunəkimi qiymətləndirib. Rektor qeyd edib ki, son illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı bir neçə filmdən biri olan “Vəhdət” dini maarifləndirmə işinə öz töhfəsini verəcək.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini Səyavuş Heydərov bildirib ki, dövlət-din modeli ölkəmizin siyasətində əhəmiyyətli yerlərdən birini tutur. Dini radikalizmin mahiyyəti, yaranma səbəbləri və onunla mübarizənin hüquqi əsasları barədə məlumat verən S.Heydərov qeyd edib ki, bu kimi tədbirlərin keçirilməsində əsas məqsəd dini radikalizmlə mübarizə sahəsində maarifləndirmə işlərinin gücləndirilməsidir. Tədbirin sonunda Aİİ tələbələri Azərbaycandakı məzhəblərarası birliyi və qardaşlığı tərənnüm edən“Vəhdət” sənədli filminin nümayişi ilə bağlı fikirlərini bildiriblər.
Xəbəri paylaş