Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir

Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir


Newscenter.az.5.12.2018. Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun Nazirlikdən media vasitəsilə şikayətini dövlətə olan borclarını geri qaytarmamaq və təsisçisi olduğu kredit ittifaqının qanunsuz addımlarını ört-basdır etmək üçün uğursuz cəhd hesab edir.

Mirzə Əliyev bildirib ki, Azərbaycan Hökumətinin aqrar sektora ayırdığı güzəştli kreditlərin verilməsi məqsədilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti 39 müvəkkil kredit təşkilatı ilə əməkdaşlıq edir. Bu müvəkkil kredit təşkilatlarının 19-u kredit ittifaqıdır. Kredit ittifaqları vasitəsilə fermer və sahibkarlara təqdim edilmiş kreditlər Dövlət Xidmətinin kredit portfelinin 13%-ni təşkil edir. Bu da kredit ittifaqları tərəfindən verilmiş kreditlərin ölkə üzrə orta göstəricisindən (1%-dən də az) dəfələrlə artıqdır.

Kredit ittifaqlarına Dövlət Xidməti tərəfindən ayrılmış kredit portfelinin 69%-i qeyri-işləkdir. Müvəkkil kredit təşkilatlarının DX qarşısında olan vaxtı keçmiş borclarının 42%-i kredit ittifaqlarının payına düşür. Lakin fermerlərin ehtiyaclarını nəzərə alaraq, kredit ittifaqları ilə əməkdaşlıq davam etdirilir.

Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanovun özünün təsisçi olduğu “Aran” Kredit İttifaqının da kreditləri vaxtı keçmiş kreditlər siyahısındadır. Assosiasiya sədrinin Dövlət Xidmətindən şikayətlənməsinin səbəbi isə onun rəhbərlik etdiyi kredit ittifaqı ilə əməkdaşlığın dayandırılmasıdır. Dövlət Xidməti əməkdaşları ilə görüşlərdə “Aran” Kredit İttifaqının təsisçisi fermerlərin götürdüyü kreditlərdən geri qaytarılan vəsaitlərin yüksək faizli məişət (istehlak) kreditlərinə yönəldildiyini bildirib. Cəlil Süleymanov bu addımı kredit ittifaqının mövcudluğunu davam etdirməsi səbəbiləatdığını deyib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti rəhbərliyi və kredit mütəxəssisləri Azərbaycan Kredit İttifaqları Assosiasiyasının sədri Cəlil Süleymanov ilə dəfələrlə görüşüb, həm öz kredit ittifaqı, həm də Assosiasiyaya daxil olan digər kredit ittifaqlarının borcları barədə xəbərdarlıq ediblər. “Təəssüf ki, müxtəlif vasitələrlə dövlət strukturuna təsir edib, qanunvericiliyin tələblərini öz xeyrinə dəyişmək istəyən Assosiasiya sədri indi də təzyiq vasitəsi kimi medianı seçib” - Dövlət Xidmətinin rəisi Mirzə Əliyev deyib.

Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidməti bir sıra kredit ittifaqlarının rəhbərləri ilə görüşərək, kredit ittifaqlarının sağlamlaşdırılmasıistiqamətində tövsiyə verib və yardım göstərir. Dövlət Xidməti aqrar sektorun inkişafı, kənd yerlərində əhalinin məşğulluq səviyyəsinin artırılması, ərzaq təhlükəsizliyinin təmini, idxaldan asılılığın azaldılması və ixrac qabiliyyətinin artırılması məqsədilə sağlam təsərrüfat və biznes quran, Azərbaycan Respublikasının qanunvericiliyi çərçivəsində fəaliyyət göstərən bütün fermer və sahibkarlara dəstək verir.
Orxan
Xəbəri paylaş