Prezident İlham Əliyev xalq rəssamı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib
Tarix: 5-12-2018, 13:00
Newscenter.az.5.12.2018. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 5-də Azərbaycanın və SSRİ-nin xalq rəssamı, sosialist əməyi qəhrəmanı, dövlət mükafatları laureatı Tahir Salahova 1-ci dərəcəli “Əmək” ordenini təqdim edib.
Dövlət başçısı müasir Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun fəaliyyətini yüksək qiymətləndirib.