Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Babək prospektinin yenidən qurulması yekunlaşıb

 Babək prospektinin yenidən qurulması yekunlaşıb


Newscenter.az.14.12.2018.
Paytaxtın nəqliyyat sistemində mühüm əhəmiyyətə malik və uzunluğu 9 km olan Babək prospektində aparılan yenidənqurma işləri artıq yekunlaşıb.

Newscenter.az-a Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, aparılan işlər çərçivəsində prospektin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri yerlərdə əsasın deformasiyaya uğramış hissələri qazılaraq kənarlaşdırılıb. Yol yatağının yararsız qruntu təqribən 20 min kv.m sahədə ortalama 0.8-1 m dərinliklə qazılaraq çıxarılıb. Bunun əvəzinə yararlı material tökülərək yenidən kipləşdirmə işləri aparılır və əsas yenidən bərpa edilib. Bundan başqa aparılan yenidənqurma zamanı səth sularının yolun hərəkət hissəsindən kənarlaşdırılması üçün mövcud yağış-kanalizasiya sistemi də bərpa olunub, zəruri olan yerlərdə yeni sistem qurulub.

Prospekt boyu 323 609 kv.m sahəyə 3 qat olmaqla yeni asfalt-beton örtüyü döşənib, yeni üfiqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yol ayrıcında ikitərəfli yeni işıqlandırma sistemi qurulub.
Xəbəri paylaş