Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib

 Özbəkistanda BƏT-in beynəlxalq konfransı keçirilib


Newscenter.az.14.12.2018. Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş katibinin müavini Fuad Hümbətov Özbəkistanın paytaxtı Daşkənd şəhərində səfərdədir. Səfər çərçivəsində F. Hümbətov Daşkənddə keçirilən 3 beynəlxalq tədbirlərdə iştirak edib.

Newscenter.az-a ASK-dən bildirilib ki, ilk tədbir Özbəkistan hökuməti və Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən dünyanın 10 ölkəsindən olan sosial tərəfdaşların iştirakı ilə təşkil edilmiş “Əmək sferasının gələcəyi: BƏT-in 100 illiyi astanasında layiqli əməyin təyin edilməsi üzrə təşəbbüslər” adlı beynəlxalq konfransdan ibarət olub. Tədbirdə Özbəkistanın Baş naziri Abdulla Aripov, BƏT-in Baş katibi Qay Rayder, digər rəsmi şəxslər və sosial tərəfdaşların nümayəndələri iştirak ediblər.

Digər iki beynəlxalq tədbir, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının İşçi qrupunda iştirak və İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatası ilə Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası arasında Əməkdaşlığa dair Anlaşma Memorandumunun imzalanması olub.

Beynəlxalq Konfransda AR hökumətini ƏƏSM nazirinin müavini Mətin Kərimli təmsil edib.

Xəbəri paylaş