Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Şagirdlər tanıdır” layihəsi keçirilir

“Şagirdlər tanıdır” layihəsi keçirilir


Newscenter.az.17.12.2018. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrində “Şagirdlər tanıdır” layihəsi çərçivəsində tur-aksiya keçirilir.

Newscenter.az-a daxil olan məlumata görə, layihənin təşkil olunmasının əsas məqsədi Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, şagirdlərin təhsil aldığı məktəblərin yerləşdiyi ərazinin tarixi və mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri barədə digər rayonlardan gələn şagirdlərə ətraflı məlumat verməkdən ibarətdir.

Sabunçu, Nizami, Nərimanov, Yasamal və Suraxanı rayonları üzrə tur-aksiyada BŞTİ-nin tabeliyindəki 21, 36, 76, 113, 145 və 312 nömrəli tam orta məktəblərin VI-VIII sinif şagirdləri iştirak edir. Aksiya çərçivəsində şagirdlər getdikləri yer barədə topladıqları məlumatları digər məktəblərin şagirdləri ilə bölüşürlər.
R.Mehdiyeva
Xəbəri paylaş