Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Olimpiya Gündəliyi 2020” Komissiyası 2017-2018-ci illər üzrə hesabatını təqdim edib

 “Olimpiya Gündəliyi 2020” Komissiyası 2017-2018-ci illər üzrə hesabatını təqdim edib


Newscenter.az.18.12.2018
. Milli Olimpiya Komitəsinin “Olimpiya Gündəliyi 2020” Komissiyasının iki illik fəaliyyəti üzrə iclas keçirilib.

MOK-un mətbuat xidmətindən Newscenter.az-a bildirilib ki, iclasda komissiyanın sədri Azər Əliyev, həmçinin Olimpiya çempionu və Daxili İşlər Nazirliyinin idman cəmiyyətinin direktoru Zemfira Meftahətdinova, Olimpiya çempionu və Gənclər və İdman Nazirliyinin idman idarəsinin müdürü Fərid Mansurov, MOK-un informasiya və nəşrlər idarəsinin müdiri Cəmaləddin Rəhmanov, MOK-un Marketinq idarəsinin mudiri Mehman Kərimov, MOK-un idman idarəsinin müdiri Həsənağa Rzayev, MOK-un beynəlxalq əlaqələr idarəsinin müdiri Anar Bağırov, MOK-un mətbuat katibi Əzizə İsmayilova iştirak edib.

“Olimpiya Gündəliyi 2020” Komissiyasının ilk fəaliyyəti kütləvi informasiya vasitələrinin dəstəyi ilə sağlam və fəal həyat tərzinin geniş kütləyə çatdırılması idi. Bu məqsədlə 2017-ci ildə Komissiya “Space” Müstəqil Teleradio Şirkəti ilə “İdman hamı üçün” verlişini hazırlanıb. Bu günə qədər 30 verliş yayımlayıb ki, burada Olimpiya və qeyri-Olimpiya idman növləri, anti-dopinq və qış idman növlərinə həsr olunmuş MOK-un səfiri Tünzalə Ağayevanın iştirakı ilə xüsusi verlişlər yayımlanıb. İclas çərçivəsində Komissiyanın üzvləri Spave Televiziyası ilə əməkdaşlıq haqqında müzakirələr aparılıb, “İdman hamı üçün” və “Olimpiya Mədəniyyəti və Təhsil Proqramının” gələcək fəaliyyəti danışılıb.
Xəbəri paylaş