Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Gömrük nəzarətindən gizlədilən siqaret aşkar edilib

Gömrük nəzarətindən gizlədilən siqaret aşkar edilib


Newscenter.az.19.12.2018. Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Əməliyyat şöbəsinə daxil olan məlumat əsasında Gürcüstandan "Vaz 2106" markalı avtomobil ilə sərnişin qismində gələn Azərbaycan vətəndaşı gömrük bəyannaməsinin bəndlərinə uyğun olaraq şifahi sorğu-sual edilib.

Newscenter.az DGK-ya istinadən xəbər verir ki, həmin şəxs üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin olmadığını bildirsə də, baxış zamanı onun çantasında 60 ədəd "Mega Piratka" adlı pirotexniki vasitə və 2800 ədəd "Corset" adlı tütün məmulatları aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.
Xəbəri paylaş