Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlahiyyat İnstitutu Türkiyə universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb

İlahiyyat İnstitutu Türkiyə universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb


Newscenter.az.19.12.2018. Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) nümayəndə heyəti Türkiyə Respublikasınınali təhsil müəssisələri ilə görüşlər keçirmək üçün işgüzar səfərdədir.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, səfər çərçivəsində Türkiyənin İstanbul şəhərində İstanbul Müftiliyi, İstanbul Universiteti, Marmara Universiteti, 29 Mayıs Universiteti, IRCICA və İSAM rəhbərliyi; Ankarada isə Ankara Universiteti, Yıldırım Beyazit Universiteti, Türkiyə Diyanət Vəqfi, Türkiyə Diyanət İşləri başqanının yardımçısı, Təhsil şöbəsinin rəhbəri ilə görüşlər nəzərdə tutulub.

Nümayəndə heyəti İstanbul səfərini başa vuraraq Marmara və 29 Mayıs universitetləri ilə əməkdaşlıq protokolları imzalayıb, tərəflər arasında təhsil və elm sahəsində qarşılıqlı münasibət, uzunmüddətli əməkdaşlıq, tədris prosesindəkitəcrübələrilə əyani şəkildə tanış olmaq və bu sahə üzrə mövcud yeniliklərin öyrənilməsi, mədəni əlaqələrin qurulması və möhkəmləndirilməsi haqqında geniş fikir mübadiləsi aparılıb.Həmçinin, tədris metodu üzrə elmi məlumatların qarşılıqlı ötürülməsi, təcrübə və araşdırma, tədris prosesinin təşkili ilə bağlı bilikərin bölüşdürülməsi, elmi-tədqiqat proqramlarının, layihələrin birgə təşkili, tələbə mübadiləsi və digər məsələlər müzakirə olunub.
Xəbəri paylaş