Impera

XƏBƏR LENTİ
22:17Üzərində “Press” yazılmış gödəkçələrdə olan bəzi jurnalistlər özlərini aksiya iştirakçısı kimi aparıblar20:03Gəncədə inək sağıcının gözünü çıxarıb18:40İnsanların rahatlığını kimsə pozmamalıdır və poza bilməz18:20Radikal müxalifətin ikinci oktyabr iflası18:10BŞBPİ: Qanunsuz aksiyada 60 nəfər saxlanılıb, onlardan 42-si xəbərdarlıq edilərək buraxılıb17:40Bakıda 14 marşrut xəttinin hərəkət istiqamətindəki dəyişiklik aradan qaldırılıb15:0014 müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.14:07KOBİA daha bir biznes layihəsinin reallaşdırılmasına dəstək göstərdi14:00İstirahət günü yağış yağacaq13:34Mətbuat Şurasından jurnalistlər və hüquq-mühafizə orqanlarına çağırış13:11Bakıda Beynəlxalq Enerji Xartiyası Forumu keçiriləcək12:41"Bakı Metropoliteni"ndən mitinq açıqlaması-3 stansiyanın fəaliyyəti dayandırılır12:35Cari ilin 9 ayında Azərbaycandan 501,5 milyon ABŞ dolları dəyərində kənd təsərrüfatı məhsulları ixrac olunub12:15“Qatarlar “28 May” stansiyasında dayanmayacaq”- Polis qabaqlayıcı tədriblərə başlayıb11:50AQTA-da enerji içkilərinin istehsalı və idxalı ilə məşğul olan sahibkarlarla görüş keçirilib11:15Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib10:59Həmyerlimiz Ukrayna Baş prokurorunun müavini təyin edildi10:45Yaşıl dəhliz buraxılış sistemindən istifadə hüququ əldə edən xarici ticarət iştirakçıları ilə görüş keçirilib10:30“AQRO SMM” layihəsinin bağlanış mərasimi keçirilib09:40Atəşkəs rejimi 22 dəfə pozulub09:20Sumqayıt Dövlət Universitetində BDU-nun 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib09:00Gömrük xidmətlərinin ekspertləri Bakı Beynəlxalq Dəniz Ticarət Limanına səfər ediblər21:43“İ2B – İdeyadan Biznesə” layihəsinin 2019-cu il üzrə qalibləri müəyyən olundu20:57Arxangelskdə Azərbaycan Respublikasının Müstəqillik Günü qeyd olunub-FOTOLAR20:30Şahin Mustafayev Çinə səfər edəcək19:23"Azərsu" rəhbərliyi cənub zonasının sakinləri ilə görüşüb18:37Bakı polisinin idarə rəisi: "Qanunsuz mitinq keçirmək istəyənlərə qarşı ən sərt tədbirlər görüləcək" - VİDEO18:21Bal yarmarkasında iştirak edən arıçılar təltif olunub18:09ARDNF Milan şəhərindəki daşınmaz əmlakını satıb17:51Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırdı17:21Şamaxıda “ASAN xidmət” mərkəzinin tikintisinə 20 milyon 355 min manat ayrılıb17:02KOBİA mikro və kiçik sahibkarların məhsullarının satışına dəstək göstərir16:50Energetika Nazirliyinin rəhbərliyi cəbhə zonasında vətəndaşları qəbul edib16:31Prezident İlham Əliyev Azərbaycan energetiklərini təltif edib - SİYAH16:25MSK bələdiyyə seçkilərinə start verib, seçki dekabrın 23-nə təyin edilib16:12Nazir Azad Rəhimov vətəndaşlarla görüşdü16:00Azərbaycanda dövlət-din münasibətləri müzakirə edilib15:49“Kaspersky” robotlara kortəbii inamın nəticələrini araşdırdı15:38Müəllim və valideynlər qəbul edilib15:15Silikon Vadisinin məşhur startap proqramı Azərbaycanda14:47Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub14:35Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib14:25AAYDA rəhbərliyi vətəndaşları qəbul edib14:10MOİK-in idmançıları Hərbçilərin VII Dünya Oyunlarına yola düşüb13:49Sabah yağış yağacaq13:35Cari ilin 9 ayında 266 milyard kubmetr qaz hasil olunub13:17Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələrinin Assosiyasiyasının Baş Assambleyasında iştirak edi13:00SOCAR üçüncü rübdə neft hasilatını 2,8 faiz artırıb12:37“Coca-Cola Məktəbli Kuboku”-nun yeni mövsümü başlayır12:31Razılaşdırılmamış aksiyalar kimə xeyirdir? - ŞƏRH12:11Görkəmli şərqşünas alimin xatirəsi yad edilib11:50Cavid Qurbanov "Stadler Minsk" zavodunda olub11:38Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib11:01Gömrük Akademiyasında Dövlət Müstəqilliyi Günü qeyd edilib10:50İki yanacaqdoldurma məntəqəsi qaz təchizatı mənbəyinə qoşulacaq10:39GÇH rəhbərləri üçün seminarlar keçirilir10:19Azərbaycanın energetika sektorunda strateji inkişaf dövrü10:00Bu rayonlara qaz fasilə ilə veriləcək09:40Birinci vitse-prezident Azərbaycan xalqını təbrik edib09:30Atəşkəs rejimi 21 dəfə pozulub09:10Uşaqlarla keçirilən az vaxt onların əleyhinə işləyir08:44Litva ilə idman sahədə əməkdaşlıq məsələləri müzakirə edilib08:30Müdafiə naziri Çinə işgüzar səfər edəcək08:11Fizuli Məmmədov soydaşlarımızı 18 oktyabr-Müstəqillik Günü münasibətilə təbrik edib07:31Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür13:37Bu yolda rəngləmə işləri aparılacaq13:17Azərbaycan və Özbəkistan dəmir yolu rəhbərləri arasında görüş keçirilib12:42Xalq siyasi, iqtisadi, sosial islahatlarda ölkə başcisina dəstək olmalidi12:31Şagird idarəetmə sistemi yaradılıb12:09Şəmkirdə mənşəyi məlum olmayan ətin satışının qarşısı alınıb11:20Qaz xəttinin zədələnməsi abonentləri qazsız qoydu11:04Bu ərazidə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq10:55"Sağlam məktəbli" layihəsi çərçivəsində bölgələrdə tədbirlər davam edir10:41Bakıda 4 yaşlı uşaq it dişləməsi nəticəsində ölüb10:00Bu rayonların qaz təchizatında fasilə olacaq09:35Cəbhədə erməni silahları susmur09:00ABŞ-da "Tarzan"ı oynamış Hollivud ulduzunun oğlu polis tərəfindən güllələnib - FOTO22:51Prezidentdən ciddi tapşırıq: "Korrupsiyaya, rüşvətxorluğa qarşı amansız mübarizə aparılmalıdır"22:33Niyə heç cürə kompromisə getmək istəmirsiniz?22:26Azərbaycan Prezidenti: "Vergini ödəməyən cinayət məsuliyyətinə cəlb edilməlidir"22:04Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşüb21:54İlham Əliyev: "Bu gün iqtidarda olan bəziləri islahatlara qarşı çıxış edirlər"20:33Kənd Təsərrüfatı Nazirliyi yanında Barama İstehsalçıları Şurası yaradılıb19:14Dövlət Gömrük Komitəsinin sədri İsveçrə Konfederasiyasının Azərbaycandakı səfiri ilə görüşüb18:13Minskdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 71-ci iclası keçirilir17:15BMqT-nin Azərbaycan nümayəndəliyi üşaqlar üçün nəzərdə tutulan sığınacaqda təmir işləri başa çatdırıb17:00Azərbaycanda yeni dövlət qurumu yaradılır16:10Bu ilin 9 ayı üzrə Energetika Nazirliyində inzibati xətalarla bağlı 539 işə baxılıb15:49Bu günədək qəbul məntəqələrinə 183 min tondan artıq pambıq təhvil verilib15:10Dünyada 820 milyondan çox insan acdır14:54KOBİA istixana təsərrüfatının yaradılmasına dəstək göstərib14:28İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər14:06Fuad Qəhrəmanlı barəsində cinayət işi başlanılıb13:41Bakıda və Abşeron yarımadası ərazisində rəqəmli radionun test yayımı uğurla nəticələnib13:26BMqT İcmanın məlumatlandırılması görüşlərini davam etdirir13:13Sabah hava necə olacaq?13:02Müdafiə naziri NATO/SHAPE Tərəfdaşlıq İdarəsinin rəisi ilə görüşüb12:50Paytaxtda 48 814 şagird I sinifdə təhsil alır12:15BDU-da Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırəli ilə görüş keçirilib11:52Ayaqqabısında psixotrop maddə keçirmək istədi
BÜTÜN XƏBƏRLƏR
Ekim 2019 (481)
Eylül 2019 (708)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Vergi ödəyiciləri üçün daha bir məqsədli güzəşt

19 Dekabr 2018, 13:23   
Vergi ödəyiciləri üçün daha bir məqsədli güzəşt


Newscenter.az.19.12.2018. Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında saxlanılacaq

Azərbaycanda həyata keçirilən islahatların prioritetləri arasında sahibkarlığın inkişafının dəstəklənməsi və vergi sistemində apelyasiya institutunun səmərəliliyinin artırılması xüsusi yer tutur. Bu məqsədlərə nail olmağın üsul və vasitələrindən biri də vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası qaydalarının təkmilləşdirilməsidir. Vergi sistemində aparılan islahatlar çərçivəsində bu istiqamətdə də müvafiq addımlar atılır. Vergi Məcəlləsinin 65-ci maddəsinə edilən dəyişikliyə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə vəsaitin silinməsinə verilmiş sərəncamın icrası ödəyicinin müvafiq icra hakimiyyəti orqanına, yəni Vergilər Nazirliyinə 30 təqvim günü müddətində inzibati qaydada şikayət verdiyi halda dayandırılır.

Əvvəllər Vergi Məcəlləsinə və vergi borclarının alınmasına dair qaydalara əsasən, vergi ödəyicisi bildirişi aldıqdan 30 təqvim günü ərzində məhkəməyə müraciət etdiyi halda, onun bank hesabındakı vəsaitlərinə qoyulmuş sərəncamın icrası dayandırılırdı. İndiki halda isə vergi ödəyicisi Vergilər Nazirliyinə inzibati qaydada şikayət verdiyi halda da sərəncamın icrası dayandırılacaq və bu şikayət üzrə qəbul edilmiş qərara uyğun olaraq müraciət təmin ediləcək. Bunun nəticəsində vergi ödəyicisinin məhkəməyə müraciət etməsinə lüzum qalmır, onun inzibati qaydada şikayəti bank hesabından pul vəsaitinin silinməməsi üçün yetərli olur.

Dəyişikliyin məqsədi sahibkarların hüquqlarının genişləndirilməsi, vergi qərarlarının inzibati qaydada mübahisələndirilməsi zamanı sahibkarın pul vəsaitlərinin toxunulmazlığının təmin edilməsi, apelyasiya institutunun səmərəliliyinin artırılmasıdır. Bu dəyişiklik nəticəsində vergi ödəyicisi əlavə hüquq əldə etmiş olur. Dəyişiklik bütün vergi ödəyicilərinə ünvanlanıb. Dəyişiklik müddət məhdudiyyəti nəzərdə tutmadığından, təsirləri uzunmüddətli qiymətləndirilə bilər.

Sahibkarlara əlavə hüquqi üstünlük verilib

Ekspertlər gələn ilin yanvarından tətbiq ediləcəyi gözlənilən bu dəyişikliyi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirirlər. Milli Məclisin deputatı Vahid Əhmədov «Vergilər» qəzetinə açıqlamasında bildirib ki, Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, vergi ödəyicisinin bank hesabından hər hansı borca görə pulun silinməsinə verilmiş sərəncamın icra müddətinin 5 iş günündən 30 iş gününədək uzadılması hər şeydən əvvəl sahibkarın maraqlarına xidmət edir: «Əvvəlki qaydalar sahibkarlar üçün xeyli çətinliklər yaradırdı. Çünki belə mübahisələr zamanı sahibkarın inzibati qaydada şikayət edə bilməsi üçün cəmi 5 günlük möhləti vardı. Bu müddət başa çatanadək sahibkar aidiyyəti üzrə şikayət etməsə, Vergilər Nazirliyi birtərəfli qaydada həmin vəsaitin silinməsini həyata keçirə bilərdi. İndi isə belə mübahisələrin həlli üçün sahibkarlara əlavə hüquqi üstünlük verilib. Yəni Məcəlləyə edilən dəyişikliklə əlaqədar vergi ödəyicisi ilə borc mübahisəsi olduğu halda Vergilər Nazirliyi birtərəfli qaydada sahibkarın bank hesablarındakı vəsaitin silinməsini həyata keçirə bilməyəcək. Çünki sahibkar özü haqqında çıxarılmış qərarla razı olmadığı təqdirdə inzibati qaydada müraciət edərək ya Vergilər Nazirliyi vasitəsilə, ya da məhkəmə yolu ilə onu bərpa edə bilər. Borca görə silinməsi nəzərdə tutulan vəsait yekun

qərar çıxarılanadək depozit şəklində sahibkarın öz hesabında dondurulacaq və tərəflərdən heç biri ona sərəncam vermək hüququna malik olmayacaq. Bu isə sahibkarın həmin vəsait üzərində sərəncam vermək hüquqlarını bərpa etmək imkanlarının genişlənməsi deməkdir».

«Dəyişiklik birmənalı olaraq vergi ödəyicilərinin xeyrinədir»

Azərbaycan Vəkillər Kollegiyasının üzvü, vergi məsələləri üzrə ekspert Sirac Piriyev bu dəyişikliyi birmənalı olaraq vergi ödəyicilərinin xeyrinə atılan addım kimi qiymətləndirib. Qeyd edib ki, mövcud qanunvericiliklə Vergi Məcəlləsinin 65.1-ci maddəsinə uyğun olaraq vergi borcunun ödənilməsi barədə təqdim edilən borc bildirişinin vergi ödəyicisi tərəfindən alındığı tarixdən 30 gün ərzində yalnız məhkəməyə şikayət verildiyi halda vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) vermirdi: «Lakin məhkəmə çəkişmələri uzun vaxt apardığına və əlavə maliyyə itkilərinə səbəb olduğuna görə bir çox vergi ödəyiciləri mübahisəli vergi borclarını ilk növbədə yuxarı vergi orqanına müraciət etməklə həll etməyi daha məqsədəuyğun hesab edirlər. Belə olan halda hesablamanın mahiyyətindən asılı olmayaraq, vergi orqanları vergi ödəyicisinin milli və ya xarici valyutada olan cari və ya digər hesablarından dövlət büdcəsinə alınması üçün kredit təşkilatlarına və ya bank əməliyyatları aparan şəxslərə icra sənədi (sərəncam) göndərir və pul vəsaitləri həmin vergi borclarının ödənilməsinə yönəldilir. Sonradan vergi ödəyicisinin inzibati şikayəti üzrə yuxarı vergi orqanında onun xeyrinə qəbul edilən qərar, yəni hesablama qərarının ləğv edilməsi vəziyyəti vergi ödəyicisinin xeyrinə tam aradan qaldırmırdı. Bank və depozit hesablarından büdcəyə silinən vəsaitlər yuxarı vergi orqanının hesablama qərarının ləğvi barədə qərarı icra olunduğu zaman şəxsi hesab vərəqəsində artıq ödəmə şəklində əksini tapır ki, vergi ödəyicisi həmin vəsaitləri vergilərdən başqa digər öhdəliklərinin yerinə yetirilməsi üçün istifadə edə bilmir. Vergi ödəyicisinin sərəncamında olan pul vəsaitləri yalnız onun gələcək vergi öhdəlikləri ilə əvəzləşir ki, bu da inzibati şikayətin təmin olunduğu hallarda şəxsin öz mülkiyyəti (pul vəsaitləri) barədə sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırır».

Vəkil hesab edir ki, Vergi Məcəlləsinə edilən dəyişikliklə belə halların qarşısı alınacaq: məhkəməyə verilən ərizə ilə yanaşı, yuxarı vergi orqanına da edilən inzibati şikayət zamanı qəbul olunan qərara uyğun olaraq sərəncamların tətbiqi məsələsi həll ediləcək.

Məcəlləyə edilən bu dəyişiklik sahibkarların hüquqlarının genişləndirilməsini nəzərdə tutduğundan, işgüzar dairələr tərəfindən pozitiv qəbul olunacağı gözlənilir. Əvvəlki praktikada bank hesablarından pul vəsaitlərinin silinməsinin qarşısının alınması üçün vergi ödəyicilərinin məhkəmələrə müraciət etməsi hallarının çoxluğu müşahidə edilirdi. Dəyişiklik məhkəmədə vergi orqanlarına qarşı qaldırılan inzibati işlərin və lüzumsuz məhkəmə mübahisələndirmələrinin sayının azalmasına da şərait yaradacaq, şikayətlərə daha operativ reaksiya verilməsinə imkan verəcək.

Mütəxəssislərin fikrincə, ümumilikdə bu dəyişiklik həm sahibkarların, həm də vergi orqanlarının maraqlarına uyğundur: borc mübahisələrinə görə sahibkarın bank hesablarındakı vəsaitlərin bir ay ərzində dondurulması inzibati şikayətlərə vaxtında baxılması və problemin aradan qaldırılması üçün geniş imkanlar yaradır.
OXŞAR MÖVZULAR