Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan ordusu DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar icra edib

Azərbaycan ordusu DANA özüyeriyən artilleriya qurğularından praktiki atışlar icra edib


Newscenter.az.24.12.2018. Müdafiə nazirinin təsdiq etdiyi döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan ordusunun artilleriya bölmələri DANA özüyeriyən artilleriya qurğularının tətbiqi ilə praktiki atışlar keçirib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Newscenter.az-a verilən məlumata görə, atışlar döyüş şəraitinə maksimal yaxın vəziyyətdə icra olunub.

Avtomatik idarəetmə sistemi ilə təchiz edilmiş 152 mm-lik artilleriya vasitələrindən şərti düşmənin canlı qüvvə və atəş vasitələri, uzunmüddətli müdafiə qurğuları, idarəetmə məntəqələri, artilleriya və minaatan batareyaları məhv edilib.

Komandanlıq təlimlərə cəlb olunan şəxsi heyətin döyüş hazırlığını yüksək qiymətləndirib.
Xəbəri paylaş