Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də növbəti təlim keçirilib

Aİİ-də  növbəti təlim keçirilib


Newscenter.az.25.12.2018. Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ)İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırovun təqdimatında “Nitq - fikir və düşüncələr təzahürü” mövzusunda seminar keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, institutun Tədris şöbəsinin müdiri Zərifə Əliyeva seminar iştirakçılarını salamlayaraq bildirib ki, təhsil müəssisəsi tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə ardıcıl “dəyirmi masa”lar, treninqlər, seminarlar, görüşlər keçirilir. Z.Əliyeva mütaliə, sosial məsuliyyət vərdişlərinin aşılanması, o cümlədən, nitq mədəniyyətinin, fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün İnstitutda ötən dövr ərzində maarifləndirmə istiqamətində xeyli iş görüldüyünü qeyd edib. O, mövzunun əhəmiyyətinə toxunaraq, Aİİ-nin təhsilin keyfiyyətinə xüsusi önəm verməklə yanaşı, tələbələrinictimai-mədəni fəaliyyətinin təşkili üçün də səylə çalışdığını bildirib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin peşəkar aparıcısı Saleh Bağırov “Nitq – fikir və düşüncələr təzahürü” mövzusunda çıxışı zamanı qeyd edib ki, istənilən peşədə doğru və düzgün nitqin olması vacibdir. S.Bağırov nitqin formalaşmasında mütaliənin rolunun böyük olduğunu vurğulayıb. Nitq mədəniyyətində mövcud problemlərdən danışarkən qeyd edilib ki, təlim, təhsil və tərbiyədə olan yanlışlıqların aradan qaldırılması vacibdir.
Xəbəri paylaş