Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Məktəblilər üçün bayram şənliyi keçirilib

Məktəblilər üçün bayram şənliyi keçirilib


Newscenter.az.25.12.2018. Təhsil Nazirliyinin 2 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Dövlət Gənc Tamaçaşılar Teatrında məktəblilər üçün 31 Dekabr –Dünya Azərbaycanlılarının Həmrəylik Gününə və Yeni ilə həsr olunan bayram şənliyi keçirilib.

Newscenter.az xəbər verir ki, bayram şənliyinin ilk günündə valideyn himayəsindən məhrum olmuş uşaqlar iştirak edib.

Şənlikdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorlarının və Mərkəzin “Məktəb teatrı” dərnək üzvlərinin birgə hazırladıqları “Bremen musiqiçiləri” tamaşası və rəqslər nümayiş olunub. Sonda məktəblilərə Təhsil Nazirliyi və Bakı Kitab Mərkəzi tərəfindən bayram hədiyyələri təqdim edilib.
Xəbəri paylaş