Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Qaradağa içməli suyun verilməsi dayandırılacaq

Qaradağa içməli suyun verilməsi dayandırılacaq


Newscenter.az.25.12.2018. Dekabrın 25-də saat 22:00-dan etibarən Qaradağ rayonunun bir hissəsinə (Səngəçal, Ümid, Sahil, Qızıldaş, AZNS, Lökbatan, Puta, Korgöz qəsəbələrinə) içməli suyun verilməsi 24 saat müddətinə dayandırılacaq.

Bu barədə məlumat Newscenter.az-a “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, buna səbəb Kür-Bakı magistral su kəmərində təmir-bərpa işlərinin aparılmasıdır.
Xəbəri paylaş