Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

QHT nümayəndələri hərbiçilərin qonağı olub

QHT nümayəndələri hərbiçilərin qonağı olub


Newscenter.az.25.12.2018. Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ərəfəsində bir qrup ictimaiyyət nümayəndələri hərbçilərin qonağı olub. Newscenter.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov və rəhbərlik etdiyi kollektiv əsgərlərlə görüşüb, onlara bayram hədiyyələri təqdim ediblər. Qonaqlar əvvəlcə cəbhə bölgəsində yerləşən hərbi hissənin şəxsi heyətinin xidmət və sosial məişət şəraiti ilə tanış olublar.

Görüşdə həmrəylik gününün yaranma tarixindən, əhəmiyyətindən, respublikamızın davamlı inkişafının təməlini qoyan ümummilli lider Heydər Əliyevin əvəzsiz xidmətlərindən və Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində bütün sahələrdə, eləcə də ordu quruculuğunda qazandığımız uğurlardan danışılıb.

Şəxsi heyət üçün maraqlı konsert proqramı təqdim olunub və qonaqların əsgərlərlə birlikdə bayram naharı təşkil edilib. İctimai birlik tərəfindən döyüş hazırlığında və nizam-intizamda fərqlənən bir qrup hərbi qulluqçuya fəxri fərman və qiymətli hədiyyələr təqdim olunub‬.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbəri paylaş