Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ əməkdaşlarına YAP-ın vəziqələri verilib

Aİİ əməkdaşlarına YAP-ın vəziqələri verilib


Newscenter.az.27.12.2018. Əhməd Cəmil, 41 ünvanında Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatındaYeni Azərbaycan Partiyasının (YAP) sıralarına qəbul olunmuş əməkdaşların üzvlük vəsiqələri təqdim edilib.

Newscenter.az xəbər verir ki, Aİİ rəhbərliyinin, müəllim heyətinin iştirak etdiyi tədbirdə rektor C.Məmmədov bildirib ki, Yeni Azərbaycan Partiyası dövlətçilik ənənələrinin möhkəmlənməsində əvəzsiz rol oynayıb.
İnstitut rəhbəri ölkəmizdə təhsilə, mədəniyyətə, milli-mənəvi dəyərlərin qorunmasına verilən xüsusi önəmdən, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən davam etdirilən dövlət-din siyasətinin uğurlarından danışıb. Ölkə Prezidentinin Sərəncamı ilə Aİİ-nin yaradılmasını bu istiqamətdə atılmış ən vacib addımlardan biri olduğunu nəzərə çatdıran rektor İnstitutun ölkədə həyata keçirilən dini maarifləndirmə işlərində fəal iştirak etdiyini vurğulayıb. C.Məmmədov onu da söyləyib ki, hər birimiz özümüzü dövlətin əsgəri hesab edir və göstərilmiş etimadı doğrultmaq üçün Aİİ heyəti olaraq var gücümüzlə çalışırıq.

Tədbirin sonunda YAP sıralarına yeni qəbul olunmuş üzvlərə partiya vəsiqələri təqdim edilib. Yeni üzvlər bildiriblər ki, bu gün onların həyatında çox əlamətdar hadisə kimi qalacaq. Qeyd edilib ki, inkişaf və müasirlik partiyası olan YAP-ın üzvü olmaq böyük məsuliyyət və şərəfdir.

Xatırladaq ki, 30 oktyabr 2018-ci il tarixdə Azərbaycan İlahiyyat İnstitutunda – Əhməd Cəmil, 41ünvanında Yeni Azərbaycan Partiyasının ilk özək təşkilatıyaradılıb.
Xəbəri paylaş