Impera

XƏBƏR LENTİ
12:16Bir olayın faş etdiyi şəbəkə - Aktyor prezidentə və hüquq-mühafizə orqanlarına müraciət etdi/VİDEO22:00Fizuli Məmmədov: "Azərbaycan dövləti şəraitdən asılı olmayaraq hər bir hərbiçisinin arxasındadır"09:52Rusiya Azərbaycanlıları İttifaqı Rusiya XİN və Mədəniyyət Nazirliyinə müraciət etdi10:01Diaspor təşkilatları prezidentə müraciət etdi19:28Düşmənin “ox”u kimə yönəlib?18:22Bu ilin 6 ayı ərzində 9801976 heyvanda qarayara xəstəliyinə qarşı peyvəndləmə işləri aparılıb18:13Xaçmazda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı tədbir keçirilib18:05Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam etdirilir17:50Zakir Həsənov Rusiyaya gedib17:38Nazirlikdən XƏBƏRDARLIQ-Güclü külək əsəcək, yağış yağacaq17:20Fazil Müstafadan fərqli olaraq millətimiz öz tarixinin sahibidir17:09Bu ərazidə rənglənmə işləri aparılacaq16:54Gilbet sindromu nədir?16:39Qurban bayramı günlərində Bakı-Gəncə-Bakı istiqamətində əlavə qatar təyin ediləcək16:31Vətənimiz həm iqtisadi, həm siyasi mənada sabitlik adasıdır16:23BDU-nun məzunları Türkiyə universitetlərinə qəbul olunublar16:09Türkiyədə sərnişin avtobusu yanıb, 5 nəfər ölüb, 17 nəfər yaralanıb15:48"Mən Mübariz Qurbanoğlu, onların da gəmilərini əllərindən alacağam"15:25BDU-nun “Gənc istedadlar” liseyinin altı məzunu qızıl, bir məzunu isə gümüş medala layiq görülüb15:00Məmməd Əmin Rəsulzadə adlı gəmi ilk səfərinə başlayır14:41“Azəriqaz” rəhbərliyi vətəndaşları qəbul edib14:18Fizuli Məmmədov Azərbaycan diasporunu zirzəmilərdən beşulduzlu otellərə necə çıxardı?14:00Leysan yağacaq, şimşək çaxacaq, dolu düşəcək13:44Paytaxtda zəncirvari qəza13:25Xızıda vətəndaşların qəbulu keçirilib13:00Bəzi turizm şirkətlərinin keyfiyyətsiz və məsulliyətsiz fəaliyyətləri ilə bağlı şikayətlərin sayı artır12:50Gəncədə antisanitar şəraitdə fəaliyyət göstərən alkoqolsuz içki sexi aşkarlanıb12:16Bakıda lombarda basqın olub12:00Partiya sədri: "Heydər Əliyev haqqında fikir yürütmək Çöhrəqanlının başı üçün deyil"11:40Şirkət tərəfindən istehsal olunan bal məhsullarının ticarət şəbəkəsində satışı ilə bağlı çətinlik KOBİA-nın dəstəyiilə həll edilib10:45Müdafiə nazirinin müavini bölmələrin qış mövsümünə hazırlığını yoxlayıb10:40İyul ayında BŞTİ-yə 6 119 müraciət daxil olub10:00Cəbhəboyu zonada yerləşən hərbi hissələrdə təlim-metodiki məşğələlər keçirilib09:54Cari ilin yanvar-iyun ayları ərzində ARDNF-nin büdcə gəlirləri 10 698,3 milyon manat təşkil edib09:40Paytaxtın 2 rayonunun qaz təchizatı dayandırılacaq09:35Bu rayonlara qaz verilməyəcək09:24Cəbhədə atəşkəsin pozulması halları intensiv xarakter alır09:00BDU elan etdiyi müsabiqələrin vaxtını sentyabrın sonunadək uzatdı08:30Azərbaycanda xüsusi rabitə xidmətinin yaradılmasından 80 il ötür15:36Paytaxtın 22 yeni yaşayış massivi qazlaşdırılacaq15:21AKİA dövlət dəstəyi mexanizmini həyata keçirmək üçün Avropa İttifaqı ölkələrinin təcrübəsindən faydalanacaq14:43Tikinti şirkəti qaz xəttini zədələdi, 8 kənd qazsız qaldı14:13Aqrar Xidmlər Agentliyi yaylaqlarda səyyar baytar xidməti göstərir12:46Sabah hava necə olacaq?12:26AQTA-ya qida zəhərlənməsi ilə bağlı 41 müraciət daxil olub12:08Yardımlıda inkubator məntəqəsi və yem emalı müəssisəsi istifadəyə verilib11:45“Kaspersky Lab”biznesüçün “Kaspersky Security” xəttinifizikivə virtual mühitüçün universal həllilətamamladı11:32Gömrük orqanına düzgün bəyan olunmayan külli miqdarda mallar aşkar edilib-VİDEO11:04Respublikanın 2 rayonunda qaz təchizatı dayandırılır10:23Məzunlar qızıl və gümüş medala layiq görülüb10:14Xızının Giləzi–Xızı (28 km)–Tıxlı avtomobil yolu yenidən qurulur10:00Bu ilin 6 ayında kənd təsərrüfatında 13 faiz artım qeydə alınıb09:45Artan müraciətlər necə tənzimlənir?09:28Düşmən iriçaplı pulemyotlardan mövqelərimizi atəşə tutub09:00“Azərbaycan Dəmir Yolları” QSC-nin mətbuat katibliyi şöbəsininə yeni rəis təyin edildi18:02"Nazir İnam Kərimovun fermerlərlə rahat kreslolarda, sərin otaqlarda deyil, əkin sahəsində görüşməsi....."17:52ASK-nın təmsil olunduğu Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqləndi17:12Prezident İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirə keçirilib17:00Dövlət satınalmalarında iştirakla bağlı onlayn maarifləndirmə tədbiri keçiriləcək16:55Prezident bu şəxslərə fəxri adlar verdi-SİYAHI16:25Şimal zonasının vətəndaşlarının qəbulu keçirilib16:17Antisanitar şəraitdə fəaliyyət göstərən kafenin fəaliyyəti məhdudlaşdırılıb16:05Prezident STM əməkdaşlarını “”Cumhuriyyət medalı” ilə təltif etdi15:50AQTA əməkdaşları əkin sahələrində monitorinqlər həyata keçirib15:33Qırğızıstan prezidenti Azərbaycana gələcək15:13“Azəriqaz” işçilərin maaş ala bilmədikləri xəbərini təkzib etdi14:50Qaz təchizatı bərpa olundu14:01Türkiyədə fırıldaqçıların qurbanına çevrilmiş həmyerlilərimiz13:28Azərbaycanda bu günədək 3161692 ton taxıl yığılıb12:55Azərbaycanın hərbi aşpazları “Səhra mətbəxi” müsabiqəsinə hazırlıq keçirlər12:35100-ə yaxın məntəqədə yeni dayanacaq pavilyonu quraşdırılıb11:32Paytaxtın bir neçə rayonuna qaz təchizatı dayandırılacaq11:00Azərbaycanda azad medianı inkişaf etdirmək prioritet istiqamətdir10:50“Yay məktəbi”nin birinci mərhələsinə yekun vurulub10:27Rusiyada 4 azərbaycanlı diri-diri yandı10:00Bir neçə rayonda qaz təchizatı dayandırılıb09:30Düşmən snayperlərdən istifadəni intensivləşdirir09:13Bakı Gənclər Mərkəzində Xalqlar DOSTluğu tədbiri keçirilib09:00Qazaxıstan və İran nümayəndə heyətləri ilə görüşlər keçirilib08:19Cəbhə bölgəsində yaşayan uşaq və gənclər üçün yay istirahət düşərgəsi təşkil edilir14:26Özünü demokrat kimi göstərib, bolşevik təfəkkürü ilə düşünən müxalifətçilər yeni dövrə uyğunlaşmaq istəmirlər14:00"3 il ərzində icra başçısı Mehdi Səlimzadəyə iki milyon manat pul vermişəm"13:42Temperatur 40 dərəcəni keçəcək13:17“Türk Hava Yolları” 47 istiqamətdə endirim kampaniyasına start verir13:00Azərbaycan hərbiçiləri Belarusa gedib12:44Yekaterina Xlebnikova: “Bakıda poeziya axşamı keçirmək istəyirəm və inanıram ki, oxuculara ən yaxın və xoş duyğular bəxş edəcək qədər şanslı olacağam”12:24İlham Əliyev və Mehriban Əliyevadan paytaxtdakı qəzalı binalarla bağlı tapşırıq12:15Dünyada insan alveri qurbanlarının 72 faizini qadın və qızlar təşkil edir11:51Bu rayon və qəsəbələrə təbii qazın verilməsi dayandırılıb11:33Polis Bakıda əməliyyat keçirdi, silah və narkotik aşkarlandı11:01Əli Həsənov radikal müxalifətə niyə hücüm edir?10:51"Sədərək Yusif' indi də Kür çayını hasarlayır-FOTOLAR10:32Bayram günlərində 44 stasionar və 30 çadırtipli heyvan kəsimi məntəqəsi lazımi avadanlıqlar ilə təmin edilərək, vətəndaşların ixtiyarına veriləcək-VIDEO10:18Məktəblilər Beynəlxalq Kimya Olimpiadasından medalla qayıdıb10:00Göyçayda 7.5 km-lik yol IV texniki dərəcəyə uyğun təkmilləşdirilir09:31Mövqelərimiz müxtəlif istiqamətlərdən atəşə tutulub18:20“Yaylaq Könüllü Düşərgəsi” layihəsinin açılış mərasimi baş tutub17:46Prezident yol tikintisinə 7,8 milyon manat ayırıb17:33Azərbaycanda ilk hibrid qarğıdalı toxumu istehsalına başlanılıb17:14“Diplomatiya Akademiyası” layihəsinin iştirakçıları ilə sonuncu görüş keçirilib
BÜTÜN XƏBƏRLƏR
Ağustos 2019 (56)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)
Mart 2019 (323)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Daim axtarışda, daim inkişafda olan “AtaHolding

27 Dekabr 2018, 09:30   
Daim axtarışda, daim inkişafda olan “AtaHolding


Newscenter.az.27.12.2018. Qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, əlverişli biznes və investisiya mühitinin formalaşdırılması, dünyanın qabaqcıl texnologiyalarının Azərbaycana gətirilməsi və tətbiqi, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin sahibkarlığa göstərdiyi yüksək diqqət və qayğı bu sahədə çalışanları daha həvəslə işləməyə sövq edir.

Azərbaycan dövlətinin yürütdüyü iqtisadi siyasət ölkədə azad sahibkarlığın təşəkkül tapmasına və cəmiyyətin aparıcı qüvvəsinə çevrilməsinə xidmət edir. Ölkəmizdə biznesin inkişafına yaradılan şərait və gələcək perspektivlər “AtaHolding” Şirkətlər Qrupunun fəaliyyətinə və inkişafına da geniş imkanlar açır.

Azərbaycana müasir holdinq idarəetmə mədəniyyətini gətirən və bunu müasir idarəetmə standartlarına müvafiq olaraq təşkil edən bu holdinq daim axtarışdadır, daim inkişafdadır, öz strukturunu təkmilləşdirərək yeni biznes sahələri yaradır. 2003-cü ildə təsis edilmiş, əsasən maliyyə sektorunda fəaliyyətə başlamış holdinq bu gün turizm, informasiya texnologiyaları və xidmət sahələrində böyük nailiyyətlər əldə etmişdir. "AtaHolding" iqtisadiyyatın müxtəlif sahələrində investisiya qoyuluşunu, maliyyə vəsaitlərinin, habelə intellektual sərvətlərin idarə olunmasını və korporativ idarəetməni həyata keçirir.

Hazırda “AtaHolding”-in maliyyə sektorunda “AtaSığorta” ASC, “AtaLizinq” ASC, turizm sektorunda “AtaTurizm” MMC, "AtaTravel" MMC və 5 ulduzlu “Excelsior Hotel & Spa Baku” oteli və Informasiya Texnologiyaları sahəsində “AtaTexnologiya” MMC şirkətləri fəaliyyət göstərir. “AtaHolding” Azərbaycanın həm fiziki, həm də intellektual resurslarından səmərəli istifadə etmək, yeni iş yerlərini yaratmaq üçün sərmayə qoymaq, səhmdarlar, işçilər və müştərilərin məmnunluğunu yüksək səviyyədə təmin etmək və nəticədə Azərbaycanın rifahı və iqtisadi inkişafına dəstək olmağı qarşısına məqsəd qoymuşdur.

2018-ci ili uğurla başa vuran “AtaHolding”in illik fəaliyyətinin əsas istiqamətləri, həyata keçirilən layihələr və nailiyyətlər barədə məlumat əldə etmək üçün yeniilqabağı holdinqin məsul işçiləri ilə görüşüb söhbətləşdik.

“AtaSığorta” ASC İdarə Heyəti sədrinin birinci müavini Orxan Məmmədov 2018-ci ilin yekunlarından danışarkən söylədi ki, şirkət hazırda 30 sığorta növü üzrə müştərilərə sığorta xidmətləri göstərir. Sığorta növləri iki hissəyə bölünür. Könüllü növlər və icbari növlər. Orxan Məmmədov bildirib ki, “Biz sığorta yığımlarımızın genişlənməsini və xərclərin müəyyən formada optimallaşdırılmasını planlaşdırırıq. 2018-2020-ci illər üzrə şirkətimizin strategiyasına uyğun olaraq qarşımızda duran proqnozlar bunu deməyə imkan verir. Hesab edirik ki, 2019-cu ildə könüllü sığorta məhsullarının növlərini artıracağıq. Şirkətimiz könüllü növlər üzrə müştərilərin rahatlığına və istəklərinə uyğun olaraq “Sərfəli Kasko”, “Qoşa Kasko”, “Arxayın mən” və “Sığortalıyam” məhsullarını bazara təqdim edib. Sentyabr ayından etibarən daha bir yeni məhsul “Petrollu Kasko” məhsulu müştərilərə təqdim olunub. Sığorta risklərimizi səmərəli idarə etmək məqsədilə sığorta portfelimizi bir qədər diversifikasiya etmək istəyirik. Həmçinin, xidmətlərimizin keyfiyyətini artırmaqla sığorta sektorunda ciddi rəqabət aparan şirkətlərdən biri kimi bütün imkanlarımızdan istifadə etməyə çalışırıq. Şirkətimiz fiziki və hüquqi şəxslərə yüksək səviyyədə sığorta xidmətləri göstərməklə onların təlabatına uyğun yeni məhsulları təqdim etməyi davam etdirməkdir”.

“AtaSığorta” ASC ölkəmizdə mövcud tələbata uyğun olaraq fiziki şəxslər üçün nəzərdə tutulmuş “Səyahət paketi”, “Tələbə paketi”, “Fiziki şəxslərin sığortası” və “Ailə paketi” adlı yeni tibbi sığorta məhsullarını sığorta sektoruna təqdim edir. Turizmlə bağlı sığorta məhsuluna tələbatı nəzərə alaraq yeni “Səyahət paketi” məhsulu yaradılmışdır. Bu məhsul ölkə daxilində səyahət edən vətəndaşlar və xaricdən gələn qonaqlar üçün nəzərdə tutulub. “Səyahət paketi” təcili baş verən halların və xəstəliklərin müalicəsinə təminat verir. “Tələbə paketi” yerli və xaricdən ölkəmizə təhsil almaq üçün gələn tələbələr üçün nəzərdə tutulub. Ali təhsil müəssisələrinin tələbələri bu məhsulu əldə etməklə kiçik bir məbləğ qarşılığında gözlənilməz hadisələr zamanı tibbi yardımla təmin olunmalarına nail ola bilərlər. Bu paket üzrə 5 cür qiymət təklifi mövcuddur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir.

Həmçinin, vətəndaşların çoxsaylı müraciətləri əsasında fiziki şəxslərin fərdi qaydada sığortalanması üçün “Fiziki şəxslərin sığortası” və ailələr üçün nəzərdə tutulan “Ailə paketi” adlı yeni tibbi sığorta məhsulları hazırlanıb. Hər iki məhsul üzrə bir neçə qiymət təklifi təqdim olunur. Qiymətlər təminat verilən risklərin əhatəsindən asılı olaraq dəyişir. Ailə və ya qrup şəklində sığorta olunan zaman sərfəli qiymətlər təklif edilir. “AtaSığorta” ASC 100-ə yaxın klinika və apteklərlə əməkdaşlıq edir və bu siyahı günü-gündən genişlənir. Sığorta olunanlar müqavilə müddəti ərzində həmin klinikalarda müalicə olmaq imkanı əldə etmiş olurlar. Həmçinin, sığorta olunanların ailə üzvlərinə əməkdaşlıq etdiyimiz klinikalarda sığorta təminatına daxil olmayan xidmətlər üzrə 50 %-dək endirimlər tətbiq olunur.

Bu yaxınlarda “AtaSığorta” ASC sığorta xidmətlərinə tələbatın artmasını nəzərə alaraq müştərilərinə daha operativ və keyfiyyətli sığorta xidmətləri göstərmək məqsədi ilə “GƏNCƏ” Filialının ofisini yeni ünvanda Gəncə şəhərində müştərilərin istifadəsinə verib. Onu da qeyd etmək lazımdır ki, 2018-ci ildə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası “AtaSığorta” ASC-ni Həmkarlar İttifaqında xidmətlərinə görə “AHİK-in 25 illik Yubiley” döş nişanı ilə təltif etmişdir.

“AtaSığorta”nın aktivləri hal-hazırda 30 milyon manatdan çoxdur. Şirkət 26 könüllü və 4 icbari sığorta növü üzrə sığorta xidmətləri təqdim edir. İcbari Sığorta Bürosunun üzvüdür. “AtaSığorta” ASC Bakı şəhəri daxil olmaqla regionlar üzrə 15 filialı, 19 nümayəndəliyi və 60-dan çox satış ofisləri ilə müştərilərə xidmət göstərir.

2018-ci ilin fevral ayında “Excelsior Hotel & Spa Baku” oteli “Business Time” jurnalı tərəfindən “İlin otel və SPA nominasiyası” üzrə “Azeri Business Award 2017” Milli mükafatına layiq görülüb. Əlbəttə ki, bu mükafata layiq görülmənin real əsasları var. Belə ki, Azərbaycanda turizmin inkişafında “Excelsior Hotel & Spa Baku” otelinin xüsusi yeri var. Otel daim müştəri məmnuniyyətini üstün tutur və oteldə xaricdən gələn qonaqlara ən yüksək xidmət göstərilir. Qeyd edək ki, bu mükafat milli biznesin yeni simasını formalaşdıran, Azərbaycan bazarının ən parlaq və dinamik iştirakçılarına təqdim edilir. Otelin baş sponsorluğu ilə “Cümhuriyyət 100” tədbiri, modasevərlər üçün “İdeal qarderob necə təşkil olunmalıdır?” mövzusunda tədbir, “Yay tədbiri 2018”, turizm ixtisası üzrə təhsil alan tələbələr üçün müxtəlif mövzularda seminarlar keçirilmişdir.

XXX

“AtaHolding” Şirkətlər Qrupuna daxil olan, 2011-ci ildə təsis edilmiş “AtaTravel” turizm agentliyi turizm sahəsində sərfəli, rahat xidmət və müştəri məmnuniyyətini qazanmaqla diqqət çəkir. Dünyanın istənilən yerinə səyahət xidmətləri təklif edən şirkət öz müştərilərinə otel, uçuşlar, köçürmələr, əvvəlcədən sifariş, sığorta, viza ilə əlaqədar xidmətlər təklif edir, bu məqsədlə xüsusi endirim və hədiyyə aksiyaları da keçirir.

“AtaTravel” MMC-nin baş direktoru Vüsal Əliyevin sözlərinə görə, ölkəmizdə turizm sahəsi hazırda dinamik inkişaf edir, turların səviyyəsi və təkliflərin sayı sürətlə artır. Son vaxtlar daxili turizm sürətlə inkişaf edir, çoxlu sayda otellər açılmış, elektron viza rejimi tətbiq edilmişdir ki, əvvəllər onun olmaması Azərbaycana xarici turist axınının qarşısını alırdı. Bütövlükdə, turizm - müasir iqtisadiyyatın insanların tələbatlarının yerinə yetirilməsinə və əhalinin yaşayış keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş ən mühüm fəaliyyət sahələrindən biridir. Cəsarətlə demək olar ki, dünya böhranına baxmayaraq, Azərbaycan turizmi inkişaf etməkdə davam edir. “AtaTravel” 2019-cu ildə “AtaTravel” Ukraynanın məşhur “Edem Resort and Spa” oteli ilə birgə maraqlı aksiyaların keçirilməsini davam etdirəcək. Xüsusilə yay aylarında müalicəni rahat istirahət ilə birləşdirmək istəyənlər üçün əlverişli təkliflər müştərilərə təqdim olunacaq.

Cari ildə “AtaTravel” MMC tərəfindən qadın jurnalistlər üçün PR təlim keçirilmiş, “InterContinental Hotels Group”-un nümayəndələri əməkdaşlıqla bağlı görüş keçirilmişdir. Bundan başqa, “AtaTravel” MMC-nin kollektivi “Opalus Partners” şirkətinin rəhbəri Çimnaz Qasımova tərəfindən “Motivasiyalı işçi” təlimi, “Buisness Ring” şirkətinin rəhbəri Səbinə Rəhimova tərəfindən “İşgüzar danışıqların aparılması” mövzularında təlimlər keçirilmişdir. “Motivasiyalı işçi” təlimində uğurun sirrləri, iş yerində motivasiyalı olmaq və qarşıya çıxan çətinlikləri həll etməyin yolları müzakirə olunmuş və əməkdaşların motovasiyasını yüksəldilməsi üçün istifadə olunan müxtəlif metodlar haqqında danışılmışdır.

9 oktyabr tarixində “AtaTravel” MMC Prime Consulting şirkətinin təşkilatçılığı, Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Assosiasiyasının dəstəyi ilə keçirilən üçüncü “Prime Travel Market 2018” tədbirində iştirak etmişdir. “AtaTravel” MMC-nin tur operatoru Rəvan Əhmədov və “AtaHolding” Korporativ Kommunikasiyalar şöbəsinin rəisi Dilarə Zamanova xarici turizm şirkətlərinin nümayəndələri ilə əməkdaşlığın möhkəmləndirilməsi və eyni zamanda gələcək fəaliyyətin inkişafı üçün təcrübə və fikir mübadiləsi aparmışdılar.

Tədbirdə Rusiya, Ukrayna, Qazaxıstan, Çexiya, Sloveniya, Belarus, İtaliya, İspaniya, İsveç, Almaniya, Hindistan, Meksika, Türkiyə, Yunanıstan, Birləşmiş Ərəb Əmirlikləri və Cənubi Afrika ölkələrindən xarici turizm şirkətlərinin nümayəndələri iştirak etmişdilər.

"AtaHolding" Şirkətlər Qrupunun Korporativ Kommunikasiya şöbəsinin rəisi Dilarə Zamanova holdinqin fəaliyyəti barədə ətraflı məlumat verdi. O, dedi:

- Yeni, 2019-cu ilə saylı günlər qalıb. Yola saldığımız 2018-ci il bir sıra tədbir və nailiyyətlər baxımından bizim üçün də əlamətdar sayıla bilər. Bu baxımdan bir sıra yaddaqalan fəaliyyət və nailiyyətləri sadalamaq yerinə düşərdi. “AtaHolding”-in və holdinqə daxil olan şirkətlərin fəaliyyətinin optimallaşdırılması ilə bağlı olaraq 2018-ci ildə görülən tədbirlər uğurla həyata keçirilmişdir. Bunlardan biri də “AtaHolding”-ə daxil olan şirkətlərin bir çətir altında birləşərək beynəlxalq standarlara uyğun idarəetmə sisteminə keçməsi olmuşdur. Belə ki, AtaHolding Şirkətlər Qrupuna daxil olan bəzi şirkətlər AtaHolding MMC-yə birləşdirilmiş, vahid idarəetmə strukturu və hədəfləri müəyyənləşdirilmişdir. Xüsusilə də bir neçə şirkətdə təkrar və dublikasiya olunan vəzifələr vahid prinsip əsasında yenidən qurulmuşdur. İlkin fəaliyyət hesabatları təsdiq edir ki, bununla bağlı verilmiş qərarlar düzgün olmuş və ötən illərin göstəriciləri ilə müqayisədə effektivlik daha da artmışdır. 2019-cu ildə də “AtaHolding” beynəlxalq idarəetmə standartlarına uyğun olaraq belə tədbirlərin həyata keçirməyi davam etdirəcəkdir.

“AtaHolding” Şirkətlər Qrupu 2018-ci ildə də sosial və biznes yonümlü tədbirlərin keçirilməsində fəal olmuşdur. “AtaHolding” 2018-ci ilin may ayında Ümummilli Lider Heydər

Əliyevin 95 illik yubileyinə və Qələbənin 73 illiyinə həsr edilmiş konsert proqramını Bilgəh Qocalar evində təşkil edib.

KİV ilə əməkdaşlığımız yüksək səviyyədə qurulmuşdur. “AtaHolding”in məsul işçiləri tərəfindən mütəmadi olaraq mediaya mütəxəssislər və ya holdinq təmsilçisi tərəfindən müsahibələr və açıqlamalar verilir, bunlar ölkənin mötəbər media qurumlarında dərc edilir və ya yayımlanır.

“Media Consulting & Sevices” şirkətinin apardığı monitorinqə görə, “AtaHolding”ə daxil olan “AtaSığorta” ASC və “Excelsior Hotel & Spa Baku” oteli 2018-ci ildə dəfələrlə mətbuatda işıqlanan məlumatların sayına görə birinci yerdə qərarlaşıb.

Bu qısa icmaldan görünür ki, “AtaHolding” Şirkətlər Qrupu 2018-ci ili uğurla başa vurub, Yeni – 2019-cu ilə inamla addımlayır. Əminliklə demək olar ki, holdinqin bütün əməkdaşları - adi işçidən tutmuş rəhbərlərinə qədər hamı bundan sonra da əzmlə çalışacaq, ölkə iqtisadiyyatının inkişafı yolunda əlindən gələni əsirgəməyəcək.
NEWSCENTER.AZ
OXŞAR MÖVZULAR