Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Peşə təhsili mərkəzinin tələbələri qalib olub

Peşə təhsili mərkəzinin tələbələri qalib olub


Newscenter.az.27.12.2018. Bakı Mühəndislik Universitetində Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə IV Qış Elm Festivalı keçirilib. Newscenter.az xəbər verir ki, festivalda Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin tələbələri tərəfindən təqdim olunan “Su mühərriki” və “Muncuqlarla kreativ incəsənət nümunəsi” layihələri kateqoriyalar üzrə aparılmış qiymətləndirmə nəticəsində I yerə layiq görülüb. Mərkəzin tələbələri həmçinin, “Plastmas tullantılardan kreativ incəsənət nümunələri” layihəsi üzrə III yeri qazanıblar.
Qaliblərə medal, sertifikat və hədiyyələrlə təltif olunublar.

Qeyd edək ki, festivalın məqsədi gənc istedadları üzə çıxarmaq, onlara stimul vermək, tələbələrdə elmə qarşı maraq yaratmaqdır.

Festivala 100-dən çox layihə təqdim olunub.
Xəbəri paylaş