Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışında iştirak edib

Prezident İlham Əliyev Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışında iştirak edib


Newscenter.az.27.12.2018. Dekabrın 27-də Fövqəladə Hallar Nazirliyinin idman-sağlamlıq klubunun açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev açılışda iştirak edib.

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov dövlətimizin başçısına raport verdi.

Prezident İlham Əliyev idman-sağlamlıq klubunun rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış oldu.

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov idman-sağlamlıq klubunda yaradılan şərait barədə Prezident İlham Əliyevə məlumat verdi.
Xəbəri paylaş