Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İstanbulda Cümhuriyyətimizin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

İstanbulda Cümhuriyyətimizin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub


Newscenter.az.27.12.2018. İstanbul Universitetində Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə “Bir kərə yüksələn bayraq, bird aha enməz” adlı tədbir təşkil olunub. Newscenter.az-a daxil olan məlumata görə, mərasimdə rəsmi şəxslər, Azərbaycan və Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, elm və mədəniyyət xadimləri, tələbələr iştirak ediblər.

Sərgidə Elçin Mustafayev, Rəsul Rzayev, Ezgi Gökçe, Nərmin Əzimzadə, Məsumə Hacıyeva, Sürəyya Abdullalı, Ramilə Əliyeva Gəncoğlu, Xanım Tağıyevanın rəsm əsərləri nümayiş olunub.

Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin qurucusu və başqanı Rəşid Mustafazadə hər kəsi salamlayaraq, rəhbərlik etdiyi təşkilatın fəaliyyəti barədə qısa məlumat verib. Mustafazadə, Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət yaşamasına baxmayaraq, böyük nailiyyətlər əldə etdiyini və 100 nəfər gəncin xaricdə təhsil üçün göndərilməsini Cümhuriyyətimizin gənclərə verdiyi böyük önəmin göstəricisi olduğunu vurğulayıb. Azərbaycan Mədəniyyət və Həmrəylik Birliyinin elmi məsləhətçisi, İstanbul Universitetinin professoru Həlim Qazan, Türkiyə ilə Azərbaycanın qardaşlıq münasibətlərinə toxunaraq, bu ənənələrin gənclərə də ötürülməsinin vacibliyini xüsusi qeyd edib. Qazan, hər zaman azərbaycanlı gənclərə lazımi dəstəyi verməyə hazır olduğunu dilə gətirib.

Tədbirin panel hissəsində Azərbaycan Milli Məclisinin deputatı Aydın Hüseynov, İstanbul Universitetinin professoru Xəlil Bal və Balıkesir Universitetinin dosenti Səbahaddin Şimşirin çıxışları dinlənilib.
Mərasim geniş bədii proqramla davam edib. Konsert proqramında milli rəqslərimiz qonaqların böyük marağına səbəb olub. Sənətçilər Günel Zeynalova, Səidə Ömər, Mərdan Kazımov, Ayan Babakişiyeva, Sevinc Ağaşirinova, Emilia Ağasiyeva milli və vətənpərvər ruhda mahnı və rəqslər ifa ediblər.

Sonda çıxışçılara, sənətçilərə və rəssamlara plaket və təşəkkürnamələr təqdim olunub. Gələn qonaqlara milli şirniyyatlarımız təqdim edilib.
Xəbəri paylaş