Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİİ-də imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib

Aİİ-də imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib


Newscenter.az.28.12.2018. Aİİ-də imtahan sessiyasına hazırlıqla bağlı təlim keçirilib.

Təhsil ocağından Newscenter.az-a bildirilib ki, institutun rəhbərliyi, müəllim və tələbə heyətinin iştirak etdiyi təlimdə imtahan sessiyasının mövcud qaydalara uyğun təşkil edilməsi, tələbələrin biliyinin qiymətləndirilməsi, imtahan cavablarının yoxlanılması, şəffaflığın və obyektivliyin təmin olunmasındavacib məqamlara toxunulub.
Təlimdə müəllim və koordinatorlar İnstitutun 2018/2019-cu tədris ilinin ilkpayız semestrinin imtahan sessiyasının müvafiq təlimatlara uyğun keçirilməsini təmin etmək, imtahan sessiyası dövründə yarana biləcək neqativ halları dərhal araşdırmaq və müvafiq tədbirlər görmək, habelə sessiyanın şəffaf, normativ sənədlərə uyğun mütəşəkkil təşkil olunması barədə məlumatlandırılıblar.

Sessiyanın gedişi zamanı yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi, imtahanların nəticələri ilə əlaqədar müraciətlərə baxılması məqsədi ilə operativ qərargah yaradılıb.
Təlimdə payız imtahan sessiyasında tətbiq olunacaq bir sıra yenilik diqqətə çatdırılıb.
Xəbəri paylaş