Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

“Azərsu” ASC bayram və qeyri- iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

 “Azərsu” ASC bayram və qeyri- iş günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək


Newscenter.az.28.12.2018. “Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bu barədə məlumat Newscenter.az a qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən daxil olub. Bildirilib ki, bununla əlaqədar Səhmdar Cəmiyyətin Aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bayram və qeyri-iş günlərində əhalinin içməli su ilə təchizatında dayanıqlılığın təmin olunması, həmçinin bayram tədbirlərinin keçirildiyi yerlərin fasiləsiz su təminatı məqsədilə bütün təşkilatı və texniki tədbirlər görüləcək.
Xəbəri paylaş