Impera

XƏBƏR LENTİ
12:30Xəzər rayonunun 3 yaşayış massivində 24 km yol yenidən qurulur12:02Alma bağlarının hər hektarına görə fermerlərə 800 manat subsidiya veriləcək11:53BNA-dan sürücü və sərnişinlərə küləkli hava ilə bağlı xəbərdarlıq11:37Erməni tərəfi Qazax istiqamətində təxribat törədib11:22Müdafiə naziri cəbhəboyu zonada tikintisi davam edən hərbi hissələrdə olub10:57Azərbaycan və Rusiya gömrük orqanları arasında növbəti işçi görüş keçirilib10:30Belə bir başlıqla xəbər yaymaq hansı milli vicdana sığır?10:00Heyvandarlıqda innovativ yemləndirmənin əhəmiyyətinə həsr olunmuş konfrans keçirilib09:28Qazax və Ağdamdakı mövqelərimiz atəşə tutulub20:30Fuad Qəhrəmanlı AXCP sədrinin müavini vəzifəsindən istefa verib18:46Bakıda Ermənistan istehsalı olan qənnadı məmulatının satılması ilə bağlı məlumatlara aydınlıq gətirildi18:25Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədr müavinləri vətəndaşlarla görüşüblər18:11Korporativ idarəetmə, daxili bazar araşdırmaları və investisiya təşviqi sənədinə dair onlayn maarifləndirmə tədbiri keçiriləcək17:51Nizami Cəfərov “Şöhrət” ordeni ilə təltif edilib17:46Elmin İnkişafı Fonduna yeni icraçı direktor təyin olunub17:23Birləşmiş Ərəb Əmirliklərində keçirilən “SMART SME MENA 2019” sərgisi başa çatıb17:02Azərbaycan Özbəkistanda keçirilən CAREC tədbirlərində təmsil olunub16:51Bu yolda hərəkət məhdudlaşdırılacaq16:26Müdafiə Nazirliyinin Kollegiya iclası keçirilib16:04Paytaxt məktəblərində Beynəlxalq Sülh Günü qeyd edilib15:41Hərəkətin təhlükəsizliyinə zəmanət gücləndirilir15:31Azərbaycan ilə Hindistan arasında iqtisadi əməkdaşlıq müzakirə edilib15:00Kənd Təsərrüfatı İşçilərinin Həmkarlar İttifaqı Birliyi təsis edilib14:50Qazaxda kənd təsərrüfatında uçotun dürüstləşdirilməsi və şəffaflaşdırılması ilə bağlı zona müşavirəsi keçirilib14:06Bal yarmarkasına qeydiyyatı təsdiqlənmiş arıçıların məhsullarının qəbulu yekunlaşır13:51AAYDA rəhbərliyi vətəndaşları qəbul edib13:45Prezident İlham Əliyev “Əsrin müqaviləsi”nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə iştirak edir13:40Sabah Azərbaycanda qar yağacaq13:30Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib13:11Biz ədalətli oyunun tərəfdarıyıq: “Kaspersky Lab” kiberidmanda fırıldaqçılığa qarşı mübarizə həllitəqdim edir13:00Müəllimlər üçün peşəkar inkişaf proqramı həyata keçirilir12:46Şimal zonasında 1000-dən çox abonentin qaz təchizatında problem yaranıb12:30Hansı halda Ermənsitanla danışıqlar yoluyla problemin həll ediləcəyinə az da olsa ümid yaranır?12:24Hansı millət vəkili 300 min dollara görə deputat vəsiqəsini girov qoydu?12:09Hərbi təlimlərin döyüş atışlı əsas mərhələsi icra olunub - VİDEO11:56Keçən ay 54 bina üzrə 1488 mənzilə təbii qazın verilməsi təmin edilib11:37Mehriban Əliyeva neftçiləri təbrik edib11:12Azərbaycan və Ermənistan XİN rəhbərləriı sentyabrın 23-də Nyu-Yorkda görüşəcəklər10:59Sumqayıtın qaz təchizatında məhdudiyyət olacaq10:36Yeni subsidiya mexanizminin tətbiqinə dair fermerlərə təlimlər keçirilir10:11Dini Komitə rəhbərliyi vətəndaşları qəbul edəcək09:41Atəşkəs rejimi 21 dəfə pozulub09:19Azərbaycan və Tacikistan arasında aqrar sahədə əməkdaşlıq müzakirə edilib09:00“Əsrin müqaviləsi”nin imzalanmasının 25-ci ildönümü qeyd olunur18:00Aparıcıdan “Qarabağ”a dəstək - Efirə belə çıxdı-VİDEO16:17"Azərsu" rəhbərliyi vətəndaşları qəbul edib15:46“Azərbaycan Dəmir Yolları” QSC TDƏŞ-in üzvlüyünə qəbul edildi14:21Enerji Effektivliyinə dair Milli Fəaliyyət Planının layihəsi müzakirə olunub13:44Baytarlıq sahəsində görülmüş işlər və qarşıda duran vəzifələrə həsr edilmiş tədbir keçirilib13:30"Əsrin müqaviləsi" həm karbohidrogen ehtiyatlarının miqdarına, həm də qoyulan sərmayələrin həcminə görə dünyada bağlanan ən iri saziş idi13:04Torpağa basdırılmış ümumi dəyəri 300 min manat olan alkoqollu içkilər və tütün məmulatları aşkar edildi (FOTO, VİDEO)12:41Təhsil müəssisələrində Milli Musiqi Günü qeyd edilib12:21Gələn ildən üzüm bağlarının hər hektarına görə fermerə 600 manat subsidiya veriləcək12:00Cari ilin sonuna qədər ümumi qaz hasilatında 20 fazi artım proqnozlaşdırılır11:44Ölkə üzrə qaz ixracı 5 dəfədən çox artıb11:30Müdafiə naziri hərbi təlimlərlə bağlı müşavirə keçirdi11:06"Əsrin müqaviləsi"- Azərbaycanı qlobal dünya iqtisadiyyatının tərkib hissəsinə çevirən layihə10:28ADAU tələbələri üçün böyük dəyər – Universitetin öz TV-si yaradılıb10:00Nobel və Babək prospektlərini birləşdirən küçələr yenidən qurulur09:30Mövqelərimiz atəşə tutulub09:00Əhməd Əhmədzadə vətəndaşlarla görüşüb15:17“Türk Hava Yolları” Avropa istiqamətində endirim kampaniyasına start verib15:05Pirotexniki vasitələr aşkarlandı14:57Milli Musiqi Günü metroda qeyd edilib14:21Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilib14:09Gürcüstandan qeyri-qanuni yolla siqaret gətirilməsinin qarşısı alındı14:00Şagirdlərin yerdəyişməsi ilə bağlı 56 462 müraciət daxil olub13:47EKTİS-də qeydiyyatdan keçən fermerlərin sayı 335230 nəfərə çatıb13:29Qubada "Azərişığ"ın maşını dərəyə aşıb, ölənlər və yaralananlar var13:20Ramiz Mehdiyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibi ilə görüşüb13:00Sabah Bakıda güclü külək əsəcək12:50Prezident İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib12:38Azərbaycanda 622689 hektar sahədə payızlıq əkinlər üçün şum aparılıb12:21Mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışı keçilir12:00Müəllimlərin İKT bilikləri yoxlanılır11:50Külli miqdarda dərman preparatları aşkar edilib (FOTO, VİDEO)11:23Müdafiə nazirinə təlimlərin gedişi barədə məruzə edilib – VİDEO10:49Futbolçu Mahir Emrelinin evini talamaqda şübhəli bilinən şəxslər tutulublar10:23Bir neçə yaşayış məntəqəsinin qaz təchizatı dayandırılıb10:00İkitərəfli əməkdaşlıq əlaqələri müzakirə olunub09:30Ermənilər atəşkəs rejimini 20 dəfə pozub19:00Kənd Təsərrüfatı Nazirliyinin dəstəklədiyi ilk aqrobiznes dəyər zənciri layihələri fəaliyyətə başlayıb18:03Nazir İnam Kərimov Azərbaycan Dövlət Aqrar Universitetində tədrisin təşkili prosesi ilə tanış olub16:38Zabrat qəsəbəsində səth sularının kənarlaşdırılması məqsədilə yeni layihənin icrasına başlanılıb16:19Bakıda növbəti beynəlxalq ekoloji aksiya keçiriləcək15:42Energetika Nazirliyində “Beynəlxalq Sülh Günü” ilə bağlı tədbir keçirilib15:17“Türk Hava Yolları” “2020-ci ilin beş ulduzlu qlobal hava yolları şirkəti” adına layiq görülüb14:42Avropa Şurası Azərbaycan əlaqələri qarşılıqlı hörmət prinsipinə əsaslanır14:14Neftçalanın daha bir kəndinə təbii qaz verildi14:03Kənd Təsərrüfatı Sənayesi və Əlaqədar Maşınların Sərgisi keçiriləcək13:50“İrəli” -nin əməkdaşları İspaniyada beynəlxalq layihədə13:40Paşinyanın komandasında "yarpaq tökümü" başladı13:25Azərbaycan ilə Böyük Britaniya arasında hərbi əməkdaşlığın genişləndirilməsi müzakirə olunub12:40Sosial sığorta haqlarının yığımı sahəsində görülmüş işlər müzakirə edilib12:11Qəza 350 abonenti qazsız qoydu12:00Bakıda “Strateji məhsul” mövzusunda beynəlxalq seminar keçiriləcək11:59Virtual müxalifətin ifasında siyasi-intellektual diskussiyaların yerini söyüş və təhqirlər tutur11:42Pirallahı rayonunun qaz təchizatı dayandırıldı11:35Son bir neçə gündə 84 abonentlə təbii qazın alqı-satqısına dair müqavilə bağlanıb11:29Birinci sinfə şagird qəbulunun vaxtı uzadılıb
BÜTÜN XƏBƏRLƏR
Eylül 2019 (474)
Ağustos 2019 (57)
Temmuz 2019 (579)
Haziran 2019 (568)
Mayıs 2019 (846)
Nisan 2019 (647)

«    Aralık 2018    »
PtSaÇaPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31 

Paytaxt təhsili 2018-ci ildə uğurlarla yadda qaldı

28 Dekabr 2018, 12:25   
Paytaxt təhsili 2018-ci ildə uğurlarla yadda qaldı


Newscenter.az.28.12.2018. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində 308 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 7 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb fəaliyyət göstərir.

Newscenter.az xəbər verir ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 27 765 müəllim fəaliyyət göstərir.

BŞTİ-nin tabeliyindəki məktəblərdə 424 847 şagird təhsil alır.

2018-2019-cu tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin IX siniflərində 29 275, XI siniflərində 20 085, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 667 nəfər təhsil alır.



2018-2019-cu dərs ilinin prioritet istiqamətləri

Təhsil nazirinin “Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrinə əsasən, fənlər üzrə şagirdlərin təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyətin, xüsusilə də buraxılış sinif şagirdlərinin nailiyyətlərinin əvvəlki illərə nisbətən əhəmiyyətli dərəcədə yaxşılaşdırılması, məktəblərdə şagird kontingentinin tam optimallaşdırılması kimi məsələlərə yer verilib. Həmçinin məktəbəhazırlıq qruplarında həyata keçirilən təhsil prosesinin müəyyən olunmuş proqram istiqamətləri üzrə təmin edilməsi, bu qruplarda çalışan müəllimlərin fəaliyyətinə müntəzəm nəzarət olunması və onlara davamlı metodiki köməklik göstərilməsi də diqqət mərkəzində saxlanılıb.



50 minədək uşaq elektron sistem vasitəsilə birinci sinfə qəbul olunub


Bakı şəhərinin ümumi təhsil məktəblərinin və Təhsil Nazirliyinin birbaşa tabeliyindəki lisey və gimnaziyaların I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə həyata keçirilib. Paytaxtın ümumi təhsil məktəbləri üzrə I sinfə 47 637 uşaq qəbul olunub.

Birinci sinfə elektron sistem vasitəsilə ərizələrin qeydiyyatı prosesində valideynlərə “Əlaqə” bölməsi vasitəsilə rəsmi müraciət etmək imkanı yaradılıb.



6 yaşı tamam olmayan uşaqlar I sinfə müsabiqəsiz qəbul edilib

2018-ci ildə tətbiq edilən yeniliyə əsasən, 6 yaşı sentyabrın 16-dan dekabrın 31-dək tamam olacaq uşaqlar ümumi təhsil müəssisələrinin I sinfinə müsabiqəsiz qəbul edilib.



Məktəbəhazırlıq qruplarındakı uşaqlar I sinfə avtomatik qeydiyyatdan keçib


BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində fəaliyyət göstərən məktəbəhazırlıq qruplarındakı uşaqlar www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə avtomatik I sinfə qəbul üzrə qeydiyyata alınıb.



Məktəbəhazırlıq təhsilinin əhatəliliyi artırılıb

BŞTİ-nin tabeliyindəki 264 ümumi təhsil müəssisəsində 919 məktəbəhazırlıq qrupu fəaliyyətə başlayıb. Həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qruplarında 23 840 uşaq təhsil alır.



Sağlam təhsil siniflərinin sayı artırılıb

Paytaxtdakı ümumi təhsil müəssisələrində “Sağlam təhsil-sağlam millət” layihəsinin tətbiqi genişləndirilib. Təhsil Nazirliyi tərəfindən həyata keçirilən layihə çərçivəsində paytaxtdakı 38 ümumi təhsil müəssisəsinin 167 sinfində “Sağlam təhsil” sinifləri fəaliyyət göstərir.

Həmçinin cari tədris ilində paytaxtdakı 15 məktəbdə 21 “Sağlam təhsil” məktəbəhazırlıq qrupu yaradılıb.



1843 şagirdə fərqlənmə attestatı verilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini ümumi orta təhsil səviyyəsi üzrə 768, tam orta təhsil səviyyəsi üzrə isə 1075 nəfər fərqlənmə attestatı ilə bitirib.



44 məzun qızıl və gümüş medala layiq görülüb

Bakı məktəblərinin məzunları qızıl və gümüş medallarla təltif olunub. Təhsil nazirinin müvafiq əmrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin XI sinif məzunlarından 42-si qızıl, 2-si gümüş medala layiq görülüb. Onlar ümumi təhsildəki xüsusi nailiyyətləri və 2017-2018-ci dərs ilində keçirilmiş tam orta təhsil səviyyəsi üzrə yekun attestasiyanın nəticələri nəzərə alınaraq qızıl və gümüş medalla təltif ediliblər.



10 məktəbli maksimum nəticə əldə edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin 10 məzunu ali məktəblərə qəbul imtahanlarında ən yüksək nəticə göstəriblər.

Belə ki, I və IV ixtisas qrupları üzrə 297, 109, 169, 58, 29 və 129 nömrəli tam orta məktəblərin məzunları, II və III ixtisas qrupları üzrə Texniki Humanitar Liseyin, 45, 89, 214 nömrəli tam orta məktəblərin məzunları maksimum nəticə göstərərək 700 bal toplayıblar.



Təntənəli açılış mərasimləri

2018-2019-cu tədris ili ərəfəsində BŞTİ-nin tabeliyindəki əsaslı təmir edilmiş müəssisələrin təntənəli açılış mərasimləri keçirilib. Açılış mərasimlərində ölkə Prezidenti cənab İlham Əliyev iştirak edib.



İlk dərslər vətənpərvərlik mövzusuna həsr edilib

Yeni tədris ilində ilk dərslər ibtidai siniflərdə “Vətənim Azərbaycan”, V-IX siniflərdə “Dövlət rəmzləri-müstəqilliyimizin simvolu”, X-XI siniflərdə “Azərbaycan Xalq Cümhuriyyəti-dövlətçiliyimizin bayraqdarı” mövzularına həsr olunub.



Təmayülləşmənin miqyası genişlənib

2018-ci ildə ümumi təhsilin tam orta təhsil səviyyəsində təmayülləşmənin miqyası genişlənib. BŞTİ-nin tabeliyindəki 164 məktəbdə 360 təmayül sinfi təşkil olunub. Hər bir təmayül istiqaməti üzrə ayrıca tədris planı və proqramları hazırlanaraq təsdiq edilib.



52 şagird inklüziv təhsilə cəlb edilib

Bakı şəhəri üzrə 4 ümumi təhsil müəssisəsində 52 şagird inklüziv təhsilə cəlb edilib. Həmçinin “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” üzrə çoxsaylı işlər görülüb, bu sahədə müəllimlərin üzərinə düşən vəzifələr müəyyənləşdirilib.



İşə qəbul üzrə 1145 vakansiya təqdim olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 2018-2019-cu dərs ili üçün 1145 vakansiya təqdim olunub.



525 nəfər işə qəbul olunub

Təhsil Nazirliyi tərəfindən keçirilən müəllimlərin işə qəbulu müsabiqəsi və müddətli əmək müqaviləsi əsasında çalışan müəllimlər üçün Təhsil Nazirliyi tərəfindən təşkil edilmiş müsahibələrin nəticəsində 525 nəfər daimi əsaslarla işə qəbul olunub.



265 müəllimin iş yeri dəyişdirilib

2018-ci ildə ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişdirilməsi prosesi nəticəsində 265 müəllim iş yerini dəyişib.



1036 müəllim müddətli müqavilə ilə işə qəbul üçün göndərilib


2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib



Müəllimlər təltif edilib

2018-ci ildə ölkə Prezidentinin sərəncamlarına əsasən, paytaxtdakı ümumi təhsil müəssisələrində çalışan müəllimlər təhsilin inkişafında xüsusi xidmətlərinə görə təltif olunublar. Belə ki, Bakı məktəblərində çalışan 6 müəllim “Tərəqqi” medalına, 10 müəllim “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

Həmçinin gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə Bakı məktəblərində fəaliyyət göstərən 13 müəllim “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı, 24 müəllim “Azərbaycan Respublikası Təhsil Nazirliyinin Fəxri Fərmanı” ilə təltif olunub.

Eləcə də 5 oktyabr-Beynəlxalq Müəllimlər Günü ərəfəsində səmərəli fəaliyyəti ilə fərqlənən təhsil işçilərinə BŞTİ Həmkarlar İttifaqı Komitəsinin Fəxri fərman və hədiyyələri təqdim olunub.



651 müəllimlə müddətli müqavilə bağlanıb


BŞTİ-nin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1226 işçidən 651 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.



280 nəfərin müxtəlif vəzifələrə işə qəbulu həyata keçirilib

2018-ci ildə təşkil edilən müsabiqələr vasitəsilə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində 31 nəfər təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsinə, 13 nəfər tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) vəzifəsinə, 27 nəfər psixoloq vəzifəsinə, 20 nəfər kitabxanaçı vəzifəsinə, 21 nəfər gənclərin çağırışaqədərki hərbi hazırlığı üzrə rəhbər vəzifəsinə, 33 nəfər uşaq birliyi təşkilatı rəhbəri vəzifəsinə, 130 nəfər laborant vəzifəsinə, 5 nəfər BŞTİ-nin nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzinə işə qəbul olunub. Ümumilikdə, 280 nəfərin işə qəbulu həyata keçirilib.



22 nəfər direktor vəzifəsinə işə qəbul olunub

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə 2018-ci il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib.



Orta aylıq əmək haqqı 552 manat təşkil edir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində çalışan müəllimlərin orta aylıq əmək haqqı 552 manat təşkil edir.



Azərbaycan müəllimlərinin XV qurultayı keçirilib

Azərbaycan müəllimlərinin XV qurultayında “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması istiqamətində əldə edilmiş uğurlar, eləcə də 2013-cü ilin dekabrında keçirilmiş Azərbaycan müəllimlərinin XIV qurultayından sonrakı müddət ərzində təhsil sistemində həyata keçirilmiş tədbir və islahatlar müzakirə olunub, təhsil sisteminin qarşısında duran yeni vəzifələr müəyyənləşdirilib. Həmçinin ümumi təhsil sahəsi ilə bağlı panel müzakirələr aparılıb.



Məktəblərin reytinq cədvəli hazırlanıb

BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin 2016-2017-ci və 2017-2018-ci tədris illəri üzrə IX və XI sinif şagirdlərinin buraxılış imtahanı göstəriciləri təhlil edilib. Məktəblərin ümumi göstəriciləri əsasında reytinq cədvəli hazırlanıb.



1000-dən artıq pedaqoji mühazirə dinlənilib

BŞTİ-nin nəzdindəki Təlimə Dəstək Mərkəzində paytaxtın 12 inzibati rayonu üzrə 1000-dən artıq pedaqoji mühazirə dinlənilib. Yekun mərhələdə BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrini təmsil edən 7 məruzəçi fərqlənib.



29 qrant layihəsi məqsədəuyğun hesab edilib

Təhsildə inkişaf və innovasiyalar üzrə 2-ci qrant müsabiqəsində BŞTİ-nin tabeliyindəki məktəblərdən müsabiqəyə təqdim olunan ümumi təhsil müəssisələri kateqoriyası üzrə 16, fərdi kateqoriya üzrə 13 layihə Təhsil Nazirliyi tərəfindən məqsədəuyğun hesab edilib.



Paytaxtın ətraf ərazilərindəki məktəblərə səfərlər

Şəhər mərkəzindən qismən kənarda yerləşən ümumi təhsil məktəblərində BŞTİ rəhbərliyinin iştirakı ilə davamlı görüşlər keçirilib. “Ümumi təhsildə keyfiyyət ili” çərçivəsində keçirilən görüşlərin təşkilində əsas məqsəd şagirdlərin təhsildə keyfiyyət göstəricilərinin cari vəziyyəti ilə tanış olmaq və nəticələrin yüksəldilməsi istiqamətində görüləcək tədbirləri müzakirə etməkdən ibarətdir.



224 “Ən yaxşı dərs” dinlənilib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Açıq dərs”lər keçirilib. Belə ki, Təlimə Dəstək Mərkəzi tərəfindən “Ən yaxşı dərs” layihəsi çərçivəsində 224 dərs dinlənilib.



“Eko-təqdimatlar” layihəsində 5000-dən artıq şagird iştirak edib

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində “Eko-təqdimatlar” layihəsi reallaşdırılıb. Layihə çərçivəsində ekoloji mühazirələr, ekskursiyalar təşkil edilib. 2018-ci ilin mart ayından etibarən 40-dan artıq ümumi təhsil məktəbində müxtəlif ekoloji mövzularda təqdimatlar keçirilib. Təqdimatlarda 5000-dən artıq şagird iştirak edib.



“Məktəb seminarları”na 10 000 nəfərə yaxın iştirakçı qatılıb

“Ümumi təhsildə keyfiyyət ili”nin yekunlarına həsr olunmuş “Məktəb seminarları” keçirilib. Bakının hər bir rayonu üzrə keçirilmiş seminarlara 10 000 nəfərə yaxın iştirakçı qatılıb.



“Məktəblinin dostu” layihəsi çərçivəsində tədbirlər

Təhsil Nazirliyinin “ASAN xidmət”lə birgə reallaşdırdığı “Məktəblinin dostu” layihəsi çərçivəsində Bakı şəhərindəki 32 ümumi təhsil müəssisəsində 124 nəfər “Məktəblinin dostu” fəaliyyət göstərir. Layihə çərçivəsində məktəblilərin ekskursiyaları təşkil edilib, “Yay məktəbi” həyata keçirilib. Məktəblilər arasında futbol və basketbol turnirləri, "Breyn Rinq" intellektual oyunu, “Məqsədli karyera”, “Uğurlu peşə seçimi”, “Fövqəladə hallarda davranış qaydaları”, "Natiqlik sənəti", “Sağlam həyat - tibbi təhlükəsizlik”, "Mühafizə və təhlükəsizlik qaydaları" və digər mövzularda təlimlər keçirilib. Həmçinin “Açıq qapı” günləri təşkil olunub və valideynlər üçün maarifləndirici təlimlər keçirilib.



Şagirdlər “Liderlik məktəbi”nə cəlb olunub

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin uşaq hüquqları üzrə resurs mərkəzinin (Azərbaycan Uşaq və Gənclərin Sülh Şəbəkəsi) təşəbbüsü ilə "Azərbaycan yurdum mənim" başlığı altında həyata keçirilən “Liderlik məktəbi”nə 143 ümumi təhsil məktəbindən 200 şagird cəlb olunub. “Liderlik məktəbi” ümumi təhsil məktəblərində uşaq hüquqlarının pilləli tədrisinin inkişaf etdirilməsi məqsədilə həyata keçirilir.



İngilis dilində Danışıq Klublarının əhatə dairəsi genişləndirilib

“Ümumi təhsil məktəblərində İngilis dilində Danışıq Klublarının yaradılması” layihəsi çərçivəsində 80 məktəbdə Danışıq Klubları fəaliyyət göstərir. Hazırda 4000-dən artıq şagird yaradılan Danışıq Klublarının fəaliyyətindən yararlanmaqdadır.



“İnformatika fənninin tədrisinə dair pilot layihə” həyata keçirilib

Təhsil Nazirliyi, Təhsil və Alqoritmika MMC-nin birgə əməkdaşlığı çərçivəsində həyata keçirilən “Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində 137 nəfər müəllim ixtisasartırma təlimlərində iştirak edib. Layihəyədə iştirak edən ümumi təhsil məktəblərinə 912 kompüter təqdim olunub. Layihədən 4 456 nəfər şagird yararlanıb.



Peşə təhsili təbliğ edilir

BŞTİ və Peşə Təhsili üzrə Dövlət Agentliyinin birgə əməkdaşlığı çərçivəsində ümumi təhsil məktəblərində peşə təhsili üzrə məsul şəxslər təyin edilib. Həmçinin 315 nəfər məsul şəxsin iştirakı ilə “Peşəyönümü işinin təşkili: Peşə təhsilinin təbliği” mövzusunda seminar keçirilib.



26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb


Təhsil Nazirliyi və BP şirkətinin əməkdaşlığı çərçivəsində 30 ümumi təhsil məktəbinin iştirakı ilə “İnformatika fənninin tədrisinin təkmilləşdirilməsi” layihəsinin həyata keçirilib. Layihə çərçivəsində informatika müəllimlərinin iştirakı ilə seminar keçirilib. Həmçinin 26 ümumi təhsil məktəbində informatika təmayüllü siniflər açılıb.

İngilis dili resurs mərkəzlərinin fəaliyyəti


BŞTİ və “British Council”un birgə əməkdaşlığı çərçivəsində 4 ümumi təhsil məktəbində İngilis dili resurs mərkəzləri təsis edilib. Mərkəzlərin fəaliyyəti çərçivəsində 20 nəfər müəllim Böyük Britaniyada 5 günlük təkmilləşdirmə təlimində iştirak edib. Həmçinin 17 nəfər ingilis dili müəllimi Bakıda “British Council”un təlimçiləri tərəfindən keçirilən təlimlərə və danışıq klublarına qatılıb. İl ərzində mərkəzlərin fəaliyyətindən 600 nəfərdən artıq şagird yararlanıb.



Təhsil sahəsində şəffaflığın artırılması mövzusunda görüşlər


Paytaxt məktəblərində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və şəffaflığın artırılması istiqamətində maarifləndirici görüşlər keçirilib.

Görüşlərin keçirilməsinin əsas məqsədi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 aprel tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrası çərçivəsində təhsil sahəsində korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, şəffaflığın artırılması, müvafiq normativ-hüquqi sənədlərin tələblərinin bir daha diqqətə çatdırılması və bu baxımdan qarşıda duran məsələlərin müzakirəsindən ibarətdir.



Beynəlxalq Aptist İmtahanları

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin İngilis dili müəllimləri üçün “Uğur üçün tədris” (SPEX) layihəsi çərçivəsində Beynəlxalq Aptist İmtahanları keçirilib. İmtahanlarda layihənin tətbiq edildiyi 68 ümumi təhsil məktəbindən 600 nəfər İngilis dili müəllimi iştirak edib.



Valideynlər üçün “Açıq qapı” günləri

Paytaxtın ümumi təhsil müəssisələrində “Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüşlər keçirilib, valideynlər məktəb mühiti ilə daha yaxından tanış olublar.



“Ən yaxşı təqdimat” müsabiqəsi


Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə keçirilən müsabiqənin Respublika mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri şagirdlərindən 11-i I, II, III və həvəsləndirici yerlərə layiq görülüb.



“Ədəbiyyat biliciləri” müsabiqəsi

“Ədəbiyyat biliciləri” müsabiqəsinin məktəb mərhələsində bölgələr üzrə 25 minə yaxın şagird iştirak edib. Müsabiqənin ölkə mərhələsində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərini təmsil edən 7 şagirddən 5-i qalib olub. Qaliblərə diplom, tərifnamə, qiymətli hədiyyə və kitablar təqdim olunub.



“Sabahın alimləri” VII Respublika Müsabiqəsi

“Sabahın alimləri” Müsabiqəsinə təqdim edilən innovativ və yaradıcı layihələr Münsiflər Heyəti tərəfindən 8 nominasiya üzrə qiymətləndirilib. Müsabiqəyə buraxılan 150 layihənin 37-si BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin payına düşüb. Həmin layihələrdən 1-i I yerə, 3-si II yerə, 5-i isə III yerə layiq görülüb.



Paytaxt məktəblisi ən yaxşı layihə müəllifi seçilib

“Sabahın alimləri” VII Respublika Müsabiqəsinin nəticələrinə əsasən, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 238 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd Hacıyev ekologiya və ətraf mühitin idarə olunması üzrə ən yaxşı layihə müəllifi seçilib.



Bakı məktəblisi II Robot Olimpiadasının qalibi olub

BŞTİ-nin tabeliyindəki 287 nömrəli “Zəkalar” Liseyinin XI sinif şagirdi İlknur Mustafazadə olimpiadanın “Drone Racing” kateqoriyası üzrə yarışda qalib gəlib.



Beynəlxalq olimpiada uğurları

Belarusun paytaxtı Minsk şəhərində keçirilən 52-ci Beynəlxalq Mendeleyev Kimya olimpiadasında 160 nömrəli Klassik Gimnaziyanın XI sinif şagirdi Nəriman Mirişov olimpiadanın gümüş medalına layiq görülüb.

BŞTİ-nin tabeliyindəki 93 nömrəli tam orta məktəbin XI sinif şagirdi İlkin Bayramlı IELTS, SAT, SAT esse imtahanlarından, “Dünya tarixi” və “2-ci səviyyə riyaziyyat” fənlərindən yüksək nəticə əldə edib. İ.Bayramlı 2018-ci ildə qəbul faizi 4,59 faiz olan Harvard Universitetinin bakalavriat səviyyəsində təhsil almaq şansı qazanan yeganə azərbaycanlıdır.



Respublika Fənn Olimpiadalarında 52 məktəbli uğur qazanıb


IX, X və XI sinif şagirdlərin iştirakı ilə Respublika Fənn Olimpiadaları keçirilib. Respublika Fənn Olimpiadalarının final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində təhsil alan şagirdlərdən 10 nəfər qızıl, 14 nəfər gümüş, 28 nəfər bürünc medal olmaqla, ümumilikdə 52 məktəbli uğur qazanıb.



IV Respublika fənn müsabiqələri


Ümumi təhsil məktəblərinin VI və VII sinif şagirdləri arasında IV Respublika fənn müsabiqələri keçirilib. Fizika, kimya, biologiya, riyaziyyat və informatika fənləri üzrə keçirilən fənn müsabiqələrinin ilk mərhələsində Bakı şəhəri üzrə 6 580 şagird iştirak edib. Müsabiqənin final mərhələsinin nəticələrinə əsasən, BŞTİ-nin tabeliyindəki məktəblərin 52 şagirdi yüksək bal toplayaraq qalib olub.



Lütfi Zadə adına Məktəblilərarası III Məntiq Olimpiadas
ı

Olimpiadanın ilk turunda 15 minə yaxın şagird iştirak edib. V-VI sinif şagirdləri arasında təşkil olunan olimpiadanın final mərhələsində isə Bakı şəhəri üzrə 1144 şagird iştirak edib. Olimpiadanın final mərhələsinin nəticələrinə əsasən, 75 nəfər şagird I, II, III yerlərə layiq görülüb. 617 şagird isə 50-80 faiz arasında nəticə göstərərək olimpiadanın final turunda fəal iştirakına görə sertifikata layiq görülüb.



Gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri


BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında gənc fiziklərin, kimyaçıların və bioloqların yaradıcılıq müsabiqələri təşkil edilib. Gənc fiziklərin və gənc kimyaçıların yaradıcılıq müsabiqələrinin rayon mərhələsində 268 komandanın tərkibində 1608 məktəbli mübarizə aparıb. Gənc bioloqların yaradıcılıq müsabiqəsinin rayon mərhələsində isə 276 komandanın tərkibində 828 paytaxt məktəblisi yarışıb. Məktəblilərin fizika, kimya və biologiya fənlərinə olan marağının daha da artırılması, onların bu sahədə nəzəri və təcrübi biliklərinin təkmilləşdirilməsi məqsədilə təşkil edilən müsabiqələrdə IX, X, XI sinif şagirdləri iştirak edib.



Paytaxt məktəblərində monitorinq keçirilib


Paytaxtın ümumi təhsil müəssisələrinin II, IV, VI və VIII sinifləri üzrə monitorinq təşkil olunub. Bakının 12 inzibati rayonu üzrə təşkil olunmuş monitorinq zamanı şagirdlərin təlim dili, riyaziyyat, xarici dil fənləri üzrə müvafiq bilikləri yoxlanılıb.

Monitorinqin əsas məqsədi şagirdlərin təlim nəticələrini təhlil etmək, bu istiqamətdə müvafiq tədbirlər görmək, buraxılış fənləri üzrə keyfiyyəti artırmaqdan ibarətdir.



Eksternat imtahanlarında 402 nəfər müvəffəq olub


Müxtəlif səbəblərdən ümumi orta təhsil səviyyəsini (IX sinif) bitirməyən şəxslər üçün keçirilən eksternat qaydasında imtahanlarda 99 nəfər iştirak edib. Onlardan 68 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub. Eyni zamanda, əvvəlki illərdə tam orta təhsilini (XI sinif) başa vura bilməyən şəxslər üçün keçirilən eksternat imtahanlarında 381 nəfər iştirak edib. Onlardan 334 nəfəri imtahanın nəticələrinə görə müvəffəq olub.



BŞTİ-nin əməkdaşları beynəlxalq spartakiadada


BŞTİ-nin əməkdaşları Bolqarıstanda keçirilən Müəllimlərin XIV beynəlxalq spartakiadasında iştirak ediblər. Yarışlarda Azərbaycanla yanaşı, Bolqarıstan, Ukrayna, Polşa, Tacikistan, Rumıniya və Bolqarıstanın ayrı-ayrı şəhərlərinin komandaları müxtəlif idman növləri üzrə güclərini sınayıblar.



Beynəlxalq proqramın iştirakçıları üçün seminar-dərslər


Paytaxt məktəblərində PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatında iştirak edəcək şagirdlər üçün seminar-dərslər təşkil olunub. Seminar-dərslərin keçirilməsində əsas məqsəd məktəbliləri PİSA-2018 beynəlxalq qiymətləndirmə tədqiqatı, həmçinin, qiymətləndirmə zamanı tətbiq edilən qayda və üsullar barədə məlumatlandırmaq, eləcə də şagirdlərdə müvafiq mətnlər üzrə işləmək vərdişləri formalaşdırmaqdan ibarətdir.



TAIEX proqramı çərçivəsində seminar


BŞTİ-nin təşkilatçılığı ilə Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində "Keyfiyyətin təminatı - sinifdaxili qiymətləndirmənin proseduru və metodologiyası" mövzusunda seminar keçirilib. Seminarda BŞTİ-nin əməkdaşları, məktəb direktorları, Almaniya və Niderlanddan olan təhsil ekspertləri və Təhsil İnstitutunun ekspertləri iştirak edib.



"Ümumi təhsildə keyfiyyət ili"nin yekunlarına həsr olunmuş konfrans


“Keyfiyyətin təminatı: Məktəb idarəetməsi və qiymətləndirmə” adlı konfransda məktəbdaxili monitorinqin təşkili və idarəedilməsi, məktəbdaxili qiymətləndirmənin nəticələrindən idarəetmədə istifadə olunması, qiymətləndirmə vasitələri və onların hazırlanması, məktəbdə psixoloji xidmətin təşkili və sağlam psixoloji mühitin rolu, təhsilverənlərin fəaliyyət keyfiyyətinin artırılması məsələləri müzakirə olunub.



Buxarest şəhərinə təhsil səfəri

Rumıniyanın paytaxtı Buxarest şəhərinə təhsil səfəri təşkil edilib.

Avropa Komissiyasının TAIEX proqramı çərçivəsində təşkil olunan səfər “Məktəb özünüqiymətləndirmə” mövzusuna həsr edilib.



Paytaxt üzrə 875 müəllim üçün təlim keçirilib


Məktəbəhazırlıq qruplarında məşğələləri aparacaq ibtidai sinif müəllimləri üçün “Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər keçirilib. Təlimlərdə iştirak edən 875 ibtidai sinif müəllimi üçün yekun qiymətləndirmə keçirilib və onlara ixtisasartırma setifikatları təqdim olunub.



Paytaxtın təhsil işçiləri üçün çoxsaylı təlim və seminarlar təşkil olunub


BŞTİ əməkdaşlarının iş prosesində İKT-dən daha səmərəli istifadə imkanlarını artırmaq məqsədilə təlim keçirilib.

Müəllimlərə dərsliklərin konsepsiyasını izah etmək, dərsliklə iş, iş dəftərlərindən istifadə, tədris zamanı qarşıya çıxan çətinliklərin həlli yollarını tapmaq məqsədilə ümumi təhsil müəssisələrində öyrədici seminarlar keçirilib.

Azərbaycan dili və ədəbiyyat fənninin tədrisində kurikulumun tətbiqi, müasir təlim texnologiyalarından istifadə, formativ qiymətləndirmənin səviyyələr üzrə aparılması məqsədilə seminarlar təşkil olunub.

İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri, ingilis dili müəllimləri üçün xarici dilin tədrisində dinləyib-anlama məzmun xətti ilə bağlı seminarlar və təkmilləşdirmə təlimləri keçirilib.

Həmçinin ibtidai sinif müəllimləri üçün “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” və “İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi” adlı təlimlər təşkil olunub.

Ümumi təhsil müəssisələrinin kitabxanaçıları üçün təlimlər, gənclərin çağırışaqədərki hazırlığı (GÇH) rəhbərləri üçün seminar-məşğələlər təşkil olunub.

Direktor müavinləri, fənn müəllimləri və məktəb psixoloqları üçün "Ümumi orta təhsil səviyyəsində keyfiyyətin qiymətləndirilməsi ilə bağlı təhsil işçiləri üçün ixtisasartırma təlimləri" təşkil olunub.

Ümumi təhsil məktəblərinin Azərbaycan dili və ədəbiyyat müəllimləri üçün “Yazı işinin təşkili” mövzusunda təlimlər təşkil olunub. Təlimlərdə 327 müəllimin iştirakı təmin edilib.



“Kitabxana işinin düzgün təşkili” mövzusunda ixtisasartırma təlimləri


Bakı şəhəri üzrə ümumi təhsil məktəblərində fəaliyyət göstərən 360 nəfər kitabxana işçisi üçün “Kitabxana işinin təşkili və idarə olunması” və “Kitabxana işinin təşkili zamanı İKT-dən istifadə üsulları və proqram təminatı” sahəsi üzrə təkmilləşdirmə təlimləri keçirilib.



Müəllimlərin maliyyə savadlılığı artırılır

Ümumi təhsil məktəblərinin ibtidai siniflərində həyat bilgisi fənnini tədris edən 192 nəfər müəllimin iştirakı ilə “Maliyyə savadlılığı ünsürlərindən təhsildə istifadə” mövzusunda təlim keçirilib.



AXC-nin yubiley tədbirləri

BŞTİ-nin təşkilatçılığı ilə Heydər Əliyev adına İdman-Konsert Kompleksində Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib. Konsert proqramında şagirdlər Azərbaycanın bir əsrlik müasir dövlətçilik tarixini ardıcıllıqla təcəssüm etdirən şeirlər səsləndirib, vətənpərvərlik mövzusunda mahnılar oxuyub və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə əlaqədar təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyəti şərqdə və müsəlman dünyasında ilk parlamentli demokratik respublikadır” mövzusunda seminar, mühazirə, “Müstəqilliyimiz əbədidir” adlı inşa yazı müsabiqəsi, “Açıq dərs” və “Dəyirmi masa”lar, “Azərbaycan dövlətçilik tarixinin parlaq səhifəsi” mövzusunda təqdimatlar, bədii qiraət müsabiqələri keçirilib, məktəblilərin tarixçi alim və ziyalılarla görüşləri təşkil edilib, sənədli və bədii filmlər nümayiş etdirilib.



BŞTİ kollektivinin hərbi hissəyə səfəri

BŞTİ kollektivinin Qusar rayonunda yerləşən "N" saylı hərbi hissəyə səfəri təşkil olunub. Səfərin keçirilməsinin əsas məqsədi Azərbaycan Xalq Cümhuriyyəti və Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illiyi ərəfəsində hərbçilərimizlə görüşmək, əsası AXC dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələrinin müasir dövrdə də qorunub saxlanıldığını, inkişaf etdirildiyini və xalqın ordu ilə birliyini bir daha nümayiş etdirməkdən ibarətdir.



Təhsil işçiləri arasında intellektual yarışma

BŞTİ Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə “Nə? Harda? Nə zaman?” intellektual oyunu keçirilib. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təşkil olunan bilik yarışının əsas məqsədi təhsil işçilərinin müxtəlif sahələr üzrə istedad və qabiliyyətini, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirməkdən ibarətdir. Bilik yarışında BŞTİ-nin və Təlimə Dəstək Mərkəzinin əməkdaşlarından, ümumi təhsil müəssisələrinin direktor və direktor müavinlərindən ibarət 32 komanda çempionluq uğrunda mübarizə aparıb.



“Ən yaxşı şeir ifaçısı” müsabiqəsi

Ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdləri arasında “Ən yaxşı şeir ifaçısı” adlı bədii qiraət müsabiqəsi keçirilib. ““Azərbaycan Xalq Cümhuriyyəti ili” milli özünüdərkin gerçəkləşməsi üçün zəmindir” devizi altında təşkil olunmuş müsabiqədə ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin sinif və dərnəkləri üzrə 13 752 məktəbli dinlənilib.



Ümummilli liderin 95 illik yubileyinə həsr olunmuş tədbirlər


BŞTİ-nin təşkilatçılığı ilə paytaxt məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin şagirdlərinin ümummilli lider Heydər Əliyevin 95 illik yubileyinə həsr olunmuş yaradıcılıq sərgisi keçirilib. Sərgidə Bakı şəhərinin ümumi təhsil məktəbləri və uşaq-gənclər inkişaf mərkəzlərinin istedadlı şagirdləri 600 yaradıcılıq nümunəsi nümayiş etdiriblər.

BŞTİ-nin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyinə həsr olunmuş konsert proqramı keçirilib.

Həmçinin təhsil müəssisələrində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər, mühazirə, konfrans, seminar və “Dəyirmi masa”lar keçirilib.



İdman sahəsində 454 medal

2018-ci ildə Bakı məktəbliləri idman sahəsində də ciddi nailiyyətlərə imza atıblar. Paytaxtın idman məktəblərinin yetirmələri müxtəlif idman növləri üzrə beynəlxalq və respublika yarışlarında 196 qızıl, 140 gümüş, 118 bürünc olmaqla ümumilikdə, 454 medal əldə ediblər.



Tarixi şəxsiyyətlərin yubileyləri qeyd olunub

Paytaxtın ümumi təhsil müəssisələrində ölkə Prezidentinin sərəncamlarına əsasən yubileyləri qeyd edilən ziyalıların və tarixi şəxsiyyətlərin həyat və fəaliyyətinə həsr olunmuş tədbirlər keçirilib.



Uşaq-Gənclər İnkişaf Mərkəzləri beynəlxalq festivallarda

BŞTİ-nin tabeliyindəki 4 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi Türkiyə Respublikasında keçirilən Beynəlxalq 23 aprel - Pendik Uşaq Festivalında iştirak edib.

Uşaqlar arasında qardaşlıq, sevgi və dostluq əlaqələrini inkişaf etdirmək məqsədilə keçirilən beynəlxalq festivalda məktəblilər Azərbaycan xalqının mədəniyyət və adət-ənənələrini nümayiş etdirib, tariximiz və milli-mənəvi dəyərlərimiz haqqındakı məlumatları öz həmyaşıdları ilə bölüşüblər.

BŞTİ-nin tabeliyindəki 5 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin rəqs kollektivi Rusiyanın Moskva və Gürcüstanın Batumi şəhərlərində keçirilən beynəlxalq rəqs festivalında uğurla iştirak ediblər.



Mütaliə vərdişlərinin inkişafı

“Gəlin birgə oxuyaq!” şüarı altında ümumi təhsil məktəb və lisey şagirdlərinin iştirakı ilə ənənəvi “Oxu günü” tədbiri keçirilib. Tədbirdə məktəblilər bədii əsərlər əsasında hazırlanmış səhnəcik və tamaşalar, musiqili kompozisiyalar, rəsm əsərləri təqdim ediblər. Tədbir çərçivəsində nəşriyyat və kitabxanaların kitab sərgi-yarmarkası təşkil olunub.

Şagirdlərə mütaliə vərdişlərinin aşılanması məqsədilə 60 ümumi təhsil məktəbində “Dəyirmi masa”, 90 ümumi təhsil məktəbində müxtəlif əsərlərin müzakirəsi, 13 ümumi təhsil məktəbində kitab sərgisi, 18 ümumi təhsil məktəbində yazıçı və ziyalılarla görüş təşkil edilib.

Həmçinin BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Oxu həftəsi” keçirilib.



Ağacəkmə aksiyaları

BŞTİ tərəfindən ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib. Aksiya çərçivəsində Ramana qalasının ətəyində 1000-ə yaxın ağac tingi əkilib.

Təhsil Nazirliyi Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi Leyla Əliyevanın təşəbbüsü ilə təhsil müəssisələrində “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə 100 min ağac” devizi altında ağacəkmə aksiyası keçirilib. Ağacəkmə aksiyası çərçivəsində paytaxtdakı ümumi təhsil məktəblərinin ərazisində yeni yaşıllıq zolaqları salınıb, çoxsaylı ağaclar əkilib.



Bakı məktəblilərinin I Forumu

BŞTİ-nin təşkilatçılığı ilə Bakı məktəblilərinin I Forumu keçirilib. Forumda ulu öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin dövlət və xalqı üçün göstərdiyi xidmətlərdən, eləcə də elm, təhsil, idman, incəsənət və digər sahələr üzrə yüksək nailiyyətlər qazanmış şagirdlərin fəaliyyətindən bəhs edən videoçarxlar nümayiş olunub. Forumda istedadlı şagirdlərin ifasında ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib, mahnılar və rəqslər ifa olunub.



12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisi

Bakı Ekspo Mərkəzində “Uşaqların gələcəyinə sərmayə” devizi altında təşkil edilən 12-ci Azərbaycan Beynəlxalq Təhsil Sərgisində son illərdə həyata keçirilən yeni layihələr və mövcud təhsil imkanları təqdim olunub. Sərgiyə dünyanın 12 ölkəsindən 130-dan artıq iştirakçı qatılıb. Sərgidə BŞTİ-nin “Məktəbəhazırlıq” stendi də yer alıb.



“Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər

BŞTİ-nin təşkilatçılığı ilə paytaxtdakı ümumi təhsil məktəblərində “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda dərslər keçirilib. Paytaxtın 12 rayonu üzrə 62 mərkəzdə təşkil olunan dərslərdə BŞTİ-nin tabeliyindəki 305 məktəbin, Təhsil Nazirliyinin birbaşa tabeliyində olan 18 məktəbin və hər bir rayonda məskunlaşmış qaçqın məktəblərinin 20 762 nəfər XI sinif şagirdi iştirak edib.



Məktəblilər üçün ekskursiyalar

Paytaxt məktəblilərinin Heydər Əliyev Mərkəzinə, tarixi abidə və muzeylərə, Xalq Təhsili Muzeyi və YARAT Müasir İncəsənət Mərkəzinə ekskursiyaları təşkil olunub.



Təhsil müəssisələrində maarifləndirici təlimlər

Təhsil müəssisələrində şagirdlərin zərərli vərdişlərdən uzaqlaşdırılması, onlarda sağlam həyat tərzinin formalaşdırılması, yol hərəkəti qaydaları, fövqəladə hallarda davranış qaydaları, peşə seçimi, reproduktiv sağlamlıq və digər mövzularda sağlam həyat tərzini təbliğ edən maarifləndirici tədbirlər keçirilib.



Məktəblilər ali təhsil müəssisələrində

Paytaxt məktəbliləri üçün karyera planlama təlimləri çərçivəsində ali təhsil müəssisələrinə ekskursiyalar təşkil edilib. Ekskursiyalar zamanı ali məktəblərin müəllim və tələbələri ilə görüşən şagirdlərə ixtisas seçimi, fakültələr, ixtisaslar, təqaüd və mübadilə proqramları barədə məlumatlar verilib.



Müxtəlif idman növləri üzrə yarışlar keçirilib

BŞTİ və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən idmanın basketbol, voleybol, atletika, badminton, mini-futbol növləri üzrə birinciliklər, turnirlər təşkil edilib. Turnirlərdə V-IX sinif şagirdləri iştirak edib.



Məktəblilər vətənpərvərlik ruhunda tərbiyə edilir

Ölkəmizin müstəqilliyi uğrunda mübarizədə canlarını qurban vermiş vətən övladlarının xatirəsini yad etmək, böyüməkdə olan nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq məqsədilə təhsil müəssisələrində müvafiq tarixi günlərə həsr olunmuş silsilə tədbirlər keçirilib. Həmçinin pedaqoji işçilər və məktəblilərin Şəhidlər Xiyabanına və “Ana fəryadı” abidəsinə ziyarətləri təşkil edilib.

Eyni zamanda, ümumi təhsil müəssisələrində ulu öndər Heydər Əliyevin anım günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, mühazirə və seminarlar təşkil olunub.



“Dövlət bayrağının tarixi” mövzusunda mühazirələr


BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrində “Dövlət bayrağının tarixi” mövzusunda keçirilən səyyar mühazirələrdə 5 849 məktəbli və 84 pedaqoji işçi iştirak edib.



150 məktəbdə “Milli Qəhrəmanlar” guşəsi yaradılıb

Ümumi təhsil müəssisələrində “Milli Qəhrəmanlar” guşəsinin yaradılması işi davam etdirilib. BŞTİ-nin tabeliyindəki 150 ümumi təhsil müəssisəsində “Milli Qəhrəmanlar” guşəsi var.



“Şahin” hərbi-idman oyunları

Məktəblilər arasında “Şahin” hərbi-idman oyunları keçirilib.

“Şahin” hərbi-idman oyunlarında paytaxtın Yasamal rayon komandası II yerə layiq görülüb.



Mikayıl Müşfiqin abidəsi ucaldılıb

Paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi münasibətilə abidəsi ucaldılıb və vaxtilə müəllim kimi çalışdığı tədris ocağının binasına xatirə lövhəsi vurulub.

Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Mikayıl Müşfiq ədəbiyyatımızı zənginləşdirən lirik şeirlər, poemalar, nağıllar, uşaq şeirləri ilə misilsiz sənət inciləri ustası kimi tanınır.



Paytaxtda 13 məktəb əsaslı təmir olunub, 4 yeni təhsil ocağı inşa edilib


2018-2019-cu dərs ilinə hazırlıq çərçivəsində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən 13 məktəbdə əsaslı təmir işləri aparılıb. Bundan əlavə, mövcud olan 2 məktəb binasının və ehtiyac olan ərazilərdə 2 yeni məktəbin inşası başa çatıb. Eləcə də 1 məktəbin qəzalı vəziyyətdə olan korpusunun yenidən tikintisi həyata keçirilib.

1 məktəb üçün 1416 şagird yerlik yeni binanın tikintisi, 25 məktəbdə isə cari təmir və mühəndis-kommunikasiya işləri aparılıb.



Təsərrüfat qrupları yaradılıb

Məktəblərin maddi-texniki təminatı ilə bağlı ehtiyaclarını müəyyənləşdirmək, müvafiq müraciətləri yerində araşdırmaq və bu istiqamətdə çevikliyi artırmaq məqsədilə Təsərrüfat qrupları fəaliyyətə başlayıb.



243 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb

Təhsil müəssisələrinin maddi-texniki bazasından dərsdənkənar və təhsilalanların istifadəsində olmadığı vaxtlardan istifadə edilməklə, məktəblərdə müxtəlif idman növləri, xarici dil, şahmat, musiqi, rəqs və digər kurslar təşkil edilib. Bakı məktəblərində əlavə dərnəklər, kurslar təşkil etmək üçün 243 üçtərəfli birgə fəaliyyət müqaviləsi imzalanıb.



27 000-dən çox vətəndaşa xidmət göstərilib

2018-ci il ərzində BŞTİ-nin Vətəndaşların Qəbulu Mərkəzində 27 000-dən çox vətəndaşa xidmət göstərilib. Vətəndaşların Qəbulu Mərkəzinə daxil olmuş müraciətlərin əksəriyyəti dərhal cavablandırılıb və operativ həll olunub.

2 564 vətəndaş sorğularına uyğun olaraq, elektron qaydada BŞTİ-nin müvafiq məsul şəxslərinin qəbuluna yazılıb.

BŞTİ-yə vətəndaşlar tərəfindən 9 310 ərizə, müxtəlif qurumlardan 12 366 məktub və 4 793 elektron müraciət daxil olub.

Bakının 12 inzibati rayonu üzrə keçirilmiş səyyar qəbullar vasitəsilə müəllim və valideynlərin müraciətləri dinlənilib. Səyyar qəbullarda müəllim və valideynlərin müraciətləri dinlənilib, qaldırılan bir sıra müraciətlər operativ şəkildə cavablandırılıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.



İctimaiyyətlə əlaqələr

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrinin həyatında baş verən yeniliklər və idarənin fəaliyyəti haqqında məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması istiqamətində işlər 2018-ci ildə də müvafiq qaydada yerinə yetirilib.

BŞTİ-nin fəaliyyəti ilə bağlı dəqiq və dolğun məlumatların mətbuatda dərc olunması, media ilə əməkdaşlığın genişləndirilməsi məqsədilə KİV-dən daxil olan sorğular operativ şəkildə cavablandırılıb.

Televiziya kanallarına və digər KİV-lərə reportajların hazırlanması üçün səmərəli şərait yaradılıb. Müvafiq hüquqi-normativ sənədlər ictimaiyyət üçün şərh edilib, BŞTİ rəhbərliyinin və əməkdaşlarının telekanallarda çıxışları və müsahibələri təşkil olunub.

22 iyul - Millli Mətbuat Günü münasibətilə BŞTİ-nin təşkilatçılığı ilə jurnalistlərlə görüş keçirilib.

İctimaiyyəti maraqlandıran mövzularla bağlı mətbuat konfransları keçirilib, brifinqlər təşkil edilib.



Məktəb saytları təkmilləşdirilir

BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələri arasında “Ən yaxşı məktəb saytı” müsabiqəsi keçirilib. Paytaxtın hər bir inzibati rayonu üzrə qalib gəlmiş məktəblər İdarə tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Həmçinin məktəb saytlarının fəaliyyətinin müvafiq tələblərə uyğunlaşdırılması istiqamətində ardıcıl tədbirlər görülüb. Belə ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərinin saytlarını idarə edən şəxslər üçün təlimlər keçirilib.



“Mənim məktəbim” layihəsi

BŞTİ və “Azərbaycan müəllimi” qəzetinin birgə layihəsi olan “Mənim məktəbim” layihəsi çərçivəsində məktəb direktorlarının mövcud reallığı əks etdirən, məktəblərin qarşısında duran məsələlərin həlli yollarını göstərən, məktəb idarəetməsinə və uğurlu məktəb modelinə dair orijinal məqalələri dərc edilib.



SABAH qruplarının tələbələri BŞTİ-də təcrübə keçib

Müxtəlif ali təhsil müəssisələrinin SABAH qruplarında təhsil alan tələbələrinə BŞTİ-də təcrübə keçmələri üçün şərait yaradılıb. Onlar kommunikasiya sahəsində bacarıqlarını inkişaf etdirib, müxtəlif tədbirlərdə iştirak edərək kollektivdə fəaliyyət vərdişlərinə yiyələnmək imkanı əldə ediblər.



18 könüllü BŞTİ-nin müvafiq struktur bölmələrində fəaliyyət göstərib

2018-ci ildə BŞTİ-də VI Könüllülük Proqramı reallaşdırılıb. Könüllü gənclər BŞTİ-nin müvafiq struktur bölmələrinin fəaliyyətində yaxından iştirak edib, onlara tapşırılan işləri uğurla yerinə yetirib, korporativ ünsiyyət vərdişləri və səmərəli təcrübə qazanıblar.



Paytaxt məktəbliləri intellektual teleoyunda iştirak edib


BŞTİ və Azərbaycan Dövlət Televiziyasının birgə layihəsi olan “Hazırcavablar” intellektual oyununda ümumi təhsil müəssisələrinin şagirdlərindən ibarət komandalar iştirak edib.
OXŞAR MÖVZULAR