Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Retro qatarlar yenidən xəttə çıxarılacaq

 Retro qatarlar yenidən xəttə çıxarılacaq


Newscenter.az.28.12.2018. "Bakı Metropoliteni" QSC-nin sərnişinlərinə yeni il sürprizlərindən biri olan retrovaqonların qoşulduğu iki qatar dekabrın 29-dan yanvarın 2-dək müəyyən edilmiş qrafiklə xəttə çıxarılacaq. Bu barədə məlumat Newscenter.az-a “Bakı Metropoliteni”nin mətbuat xidmətindən daxil olub. Bildirilib ki, qatarlardan birinə "A", digərinə "Q" tipli vaqon qoşulacaq.

Qatarlardan biri səhər saat 10:40-da, digəri isə 17:30-da xətdə olacaq və Qırmızı xətt ("İçərişəhər-Həzi Aslanov") üzrə hərəkət edəcək.
Xəbəri paylaş