Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

15 mindən çox tələbə peşə təhsili müəssisələrinə qəbul olunub

15 mindən çox tələbə peşə təhsili müəssisələrinə qəbul olunub


Newscenter.az.3.01.2019. 2018-2019-cu tədris ilində 15 mindən çox tələbə “ASAN Peşə” layihəsi çərçivəsində peşə təhsili müəssisələrinə qəbul olunub.

Newscenter.az Təhsil Nazirliyinə istinadən xəbər verir ki, sənəd qəbulunda iştirak edənlər arasında attestat qiymətləri “4” və ya “5” olanların sayı layihənin birinci ili ilə müqayisədə 3 dəfə artıb. 2018-ci ildə regionlarda rasionallaşdırma və optimallaşdırma tədbirlərinin davamı olaraq 20 peşə təhsili müəssisəsinin bazasında 10 ixtisaslaşmış Peşə Təhsil Mərkəzi yaradılıb.

Ümumilikdə 55 peşə təhsili müəssisəsinin bazasında müxtəlif istiqamətlər üzrə ixtisaslaşmış 24 Peşə Təhsil Mərkəzi yaradılıb.
R.Mehdiyeva
Xəbəri paylaş