Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

BNA xeyriyyə yarmarkasına dəstək olub

BNA xeyriyyə yarmarkasına dəstək olub


Newscenter.az.3.01.2018. Bakı Nəqliyyat Agentliyi “Nargis” fondu tərəfindən təşkil olunan “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına dəstək olub.

Newscenter.az-a daxil olan məlumata görə, agentliyin tabeliyində fəaliyyət göstərən “BakuBus” MMC-yə məxsus avtobuslarla dekabr ayı ərzində həftənin cümə və şənbə günləri Bakının müxtəlif uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin xeyriyyə yarmarkasına gətirilməsi, eləcə də tədbir başa çatandan sonra müəssisəyə qaytarılması həyata keçirilib.

Qeyd edək ki, artıq 3-cü ildir uşaq evləri və internat məktəblərindən olan uşaqlarla onların müəllimlərinin “Soyuq əllər, isti ürək” xeyriyyə yarmarkasına gətirilib-aparılması üçün “BakuBus” MMC-yə məxsus avtobuslardan istifadə olunur.
Xəbəri paylaş